İtaliyada sürücülərin tətili ərzaq istehsalını İFLİC ETDİ VİDEO
Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.
İtaliyanın cənubunda yük maşını sürücülərinin keçirdiyi etiraz aksiyaları ərzaq tədarükündə ciddi problemlər yaradıb. Sürücülər yanacağın yüksək qiymətlərinə etiraz olaraq yolları və limanları bağlayıblar.
Bizim.Media ölkə mətbuatına istinadən xəbər verir ki, tətildən xüsusilə Apuliya və Siciliya bölgələrindəki istehsal müəssisələri zərər çəkib. Bu bölgələrin payına ölkədə bərk buğda istehsalının 43–50 faizi düşür.
Məlumata görə, “Pastificio Rummo” fabriki xammal çatışmazlığı səbəbindən oktyabrın 13-də istehsalı dayandırıb.
“La Molisana” şirkəti isə yalnız mövcud ehtiyatlarla işləyir. “Lucio Garofalo Pastificio” müəssisəsi də oktyabrın 18-dən 20-dək fəaliyyətini müvəqqəti dayandırıb.
İstehsalçılar üçün əlavə problem bərk buğdadan hazırlanan manna yarmasının qısa saxlama müddətidir. Məhsulun xarab olmaması üçün onun 24 saat ərzində makaron istehsalında istifadə edilməsi tələb olunur. Lakin Apuliya və Siciliyadakı dəyirmanlar yarmanı vaxtında çatdıra bilmədikləri üçün üyütmə prosesini dayandırıblar.
Tətil meyvə-tərəvəz tədarükünə də təsir göstərib. Romanın Aqrar-ərzaq Mərkəzi pomidor, bibər və üzüm çatışmazlığı barədə məlumat verib.
Siciliyada isə tədarük müntəzəm bərpa olunmasa, istehsalçılar tez xarab olan məhsulların böyük hissəsini məhv etmək məcburiyyətində qala bilərlər.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:36
Bu xəbər 22 Oktyabr 2026 14:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















