Icma.az
close
up
RU
İtaliyadan İsrailə daha bir zərbə

İtaliyadan İsrailə daha bir zərbə

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

İtaliyanın Livorno limanında İsrail bayrağı daşıyan "Zim Virginia" adlı gəminin yük boşaltmasına və yükləməsinə icazə verilmədi.

"Cebheinfo.az" xəbər verir ki, ölkədə bir müddətdir Fələstinə və Qlobal Sumud Donanmasına dəstək məqsədilə, həmçinin İsrailin Qəzzadakı hücumlarına etiraz olaraq müxtəlif limanlarda İsrailə yük daşıyan gəmilərə qarşı etiraz aksiyaları keçirilir.

İtaliya mediasının verdiyi xəbərə görə, dünən Livorno limanında işçilər "Zim Virginia" gəmisinin İsrailə yük daşıdığını anlayaraq işə çıxmayacaqlarını və heç bir şəkildə yük boşaltmayacaqlarını açıqlayıblar.

Bunun nəticəsində "Zim Virginia" gəmisinin Livornodan yük boşaltmadan və yükləmədən ayrılması məcburiyyətində qaldığı bildirilib. Livornodakı ölkənin ən böyük işçi ittifaqı olan İtaliya Ümumi İş Konfederasiyasının (CGIL) nümayəndəsi Gianfranco Francese isə açıqlamasında “(Dünən) səhər “Zim Virginia” limana yanaşdı, lakin liman işçiləri dərhal limanlarını qoruyacaqlarını və heç bir yükləmə və boşaltma etməyəcəklərini açıq şəkildə bildirdilər.  Qəzzada baş verənlər müharibə deyil, İsrail Baş naziri Benyamin Netanyahunun nasist-faşist hökuməti tərəfindən həyata keçirilən əsl soyqırımdır”, - deyə vurğulayıb.

Son 10 gündə Livornodan başqa Cenova, Ravenna, Taranto və Venesiyanın Marghera limanlarında da liman işçiləri İsrailə partlayıcı maddə və ya yanacaq daşıyan gəmilərin limana yanaşmasına mane olurlar.

Bu arada CGIL-in ümumi qurultayı da Qəzzaya humanitar yardım daşıyan Qlobal Sumud Donanmasının İsrail ordusu tərəfindən dayandırılması halında ölkə miqyasında ümumi tətil çağırışı edilməsi qərarını yekdilliklə qəbul edib.

Liman işçiləri də eyni şəkildə Qəzzaya gedən Qlobal Sumud Donanmasına müdaxilə olarsa, limanları bloklayacaqlarını bildiriblər.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 01 Oktyabr 2025 11:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see423

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see304

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see300

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see293

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see284

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see274

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see261

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see257

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see241

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see233

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see225

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see206

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see197

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see195

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see191

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see188

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see185

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see173

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see170

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri