Icma.az
close
up
RU
İtaliyadan Türkiyəyə TƏLƏB: Suriya ilə bağlı

İtaliyadan Türkiyəyə TƏLƏB: Suriya ilə bağlı

Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan İtaliya Xarici İşlər Naziri Antonio Tajani, Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Yüksək Nümayəndəsi Kaja Kallas, İspaniyanın Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Naziri Xose Manuel Albares, Çexiya Xarici İşlər Naziri Yan Lipavski, Pakistan Xarici İşlər Naziri Muhəmməd İşak Dar və Fransa Xarici İşlər Naziri Jan-Nol Barro ilə telefon danışıqları apararaq Suriyadakı vəziyyəti müzakirə edib.

Milli.Az xəbər verir ki, İtaliyanın Xarici İşlər Naziri Tajani, "Türkiyə Xarici İşlər Naziri Fidanla uzun bir görüş keçirdim. Suriya ərazi bütövlüyünün qorunmasının əhəmiyyəti barədə razılaşdıq. İtaliya vətəndaşlarının təhlükəsizliyini, xristianların və digər azlıqların müdafiəsinin təmin edilməsi üçün Türkiyənin bütün imkanlarını səfərbər etməsi ilə bağlı tələbimi bir daha təkrarladım," deyə bildirib.

Türkiyənin Xarici İşlər Nazirliyindən əldə olunan məlumata görə, Hakan Fidan Kaja Kallas ilə telefon danışığı aparıb. Görüşdə Suriyadakı son inkişaflar müzakirə olunub və ölkənin gələcəyi ilə bağlı fikir mübadiləsi aparılıb.

Fidan və Tajani arasında keçirilən telefon danışığında Suriyanın ərazi bütövlüyü və siyasi birliyinin vacibliyi vurğulanıb, keçid dövründə dini azlıqların qorunmasının əhəmiyyəti qeyd edilib.

Tajani bu mövzu ilə bağlı İtalyan jurnalistlərə açıqlama verərək, "Türkiyə Orta Şərq bölgəsində sabitliyi təmin etmək üçün diplomatik baxımdan İtaliya ilə əməkdaşlıq etməyə hazırdır," deyə bildirib.

Tajani əlavə edib: "Nazir Fidanın vəziyyətin ümumi təhlükəsizlik baxımından nikbin olduğunu gördüm."
Lalə Qüdrətova
Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:206
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 08 Dekabr 2024 21:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see544

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see291

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see284

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see279

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see273

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see272

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see269

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see241

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see240

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see236

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see232

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see223

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see222

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see222

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see218

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see213

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see212

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see211

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see210

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri