İtaliyalı həkim pişiyi xilas etdiyinə görə mühakimə olunacaq..?
Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
...İtaliyanın Aosta şəhərindəki xəstəxananın radiologiya şöbəsinin müdiri öz pişiyinin həyatını xilas etməyə çalışdığına görə işini itirib məhkəmə ilə üzləşə bilər.
SİA xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
Deməli, italiyalı həkim iş yerində pişiyi üzərində maqnit rezonans görüntüləmə və əməliyyat keçirdikdən sonra istintaq altındadır
Cianluka Fanelli ev heyvanını xilas etmək üçün diaqnoz qoymaq və əməliyyat keçirmək üçün xəstəxananın KT və angioqrafiya avadanlıqlarından istifadə etdikdən sonra istintaq altındadır.
Məsələ bundadır ki, onun Afina adlı pişiyi damdan yıxılaraq ağır yaralanıb.
…Mən başa düşdüm ki, onu xilas etməyin yeganə yolu dərhal cərrahi müdaxilədir.
Britaniya qəzeti həkimin sözlərindən sitat gətirir.
İstintaq orqanları hesab edir ki, həkimin hərəkəti dövlət vəsaitindən sui-istifadə və xəstələrin tibbi xidmətə olan hüquqlarının pozulması kimi qiymətləndirilə bilər.
İş şəhər prokurorluğuna verilib.
Fanelli özü iddia edir ki, o, avadanlıqdan xəstələr üçün planlaşdırılmış prosedurların olmadığı saatlardan sonra istifadə edib.
…Və o, xəstəxananın xərclərini ödəməyə də hazırdır.
Nazlı Almuradova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 07 Fevral 2025 00:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















