Icma.az
close
up
RU
İtaliyalı heykəltəraş Cüzeppe Kartanın gənc rəssamlara ustad dərsi olacaq

İtaliyalı heykəltəraş Cüzeppe Kartanın gənc rəssamlara ustad dərsi olacaq

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Noyabrın 1-də “Bakıya Uçuş. İncəsənət həftəsonu. Gələcəyimizi İNDİ Duy”  (“Fly to Baku. Art Weekend. Sense the Future NOW”)  layihəsinin maraq doğuran təqdimatlarından biri də tanınmış italiyalı rəssam və heykəltaraş Cüzeppe Karta ilə görüş olacaq.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında keçiriləcək ustad dərsində əvvəlcədən qeydiyyatdan keçən gənc tədqiqatçılar, tələbələr, Cüzeppe Karta yaradıcılığına həvəs göstərənlər iştirak edəcək.

Mühazirə “Cüzeppe Kartanın yaradıcılığının əsas istiqamətləri” mövzusunu əhatə edəcək. Rəssam yaradıcılığı, emalatxanada gördüyü işlər, əsərlərinin yaradılması texnologiyası, prinsipləri barədə auditoriyaya geniş məlumat verəcək. Müəllif həm də beynəlxalq sərgi layihələrindən söz açacaq.

Xatırladaq ki, hazırda Cüzeppe Kartanın Heydər Əliyev Mərkəzində “Təbiətin nemətləri” (“Gifts of nature”) adlı fərdi ekspozisiyası da sərgilənir. Sərgidə böyük meyvə və tərəvəz heykəlləri nümayiş olunur. Müəllif bu əsərlərin bir qismini məhz Heydər Əliyev Mərkəzindəki sərgisi üçün yaradıb və onlar ictimaiyyətə ilk dəfə Bakıda təqdim edilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 29 Oktyabr 2025 09:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see375

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see289

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see238

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see237

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see197

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see197

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see181

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see178

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see176

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see162

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see159

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see158

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see157

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see150

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see149

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see144

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see144

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see143

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri