İtaliyalılar Olimpiadanı etiraz aksiyası ilə qarşıladı
Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ötən cümə 25-ci Qış Olimpiya Oyunlarının açılış mərasimi keçirilib. Amma Olimpiadanın İtaliyada keçirilməsini yerli əhali heç də xoş qarşılamayıb. Konkret Milanda keçirilən etiraz aksiyası gərgin anlarla yadda qalıb.
"Football-plus.az" xəbər verir ki, şənbə günü polis onlarla etirazçıya qarşı gözyaşardıcı qazdan və su şırnaqlarından istifadə edib. Nümayişçilər fişəng atıb və olimpiya obyektlərindən birinin yaxınlığında yerləşən avtomagistrala çıxmağa cəhd göstərib.
Hadisə minlərlə insanın qatıldığı yürüşün sonunda baş verib. Aksiya iştirakçıları Oyunların keçirilməsinin ətraf mühitə vurduğu zərərə, həmçinin ABŞ agentlərinin İtaliya ərazisində olmasına etiraz ediblər. Qarşıdurmadan sonra polis aqressiv davranan qrupları saxlayaraq onların Santanculiya rayonundakı olimpiya hokkey arenasına doğru irəliləməsinin qarşısını alıb.
Bundan əvvəl maskalı etirazçılar Olimpiya kəndindən təxminən 800 metr aralıda yerləşən tikinti meydançasının üstündəki körpüdə tüstü qumbaraları və fişənglər atıb. Təxminən 1500 idmançının yerləşdiyi Atletlər kəndinə gedən yol müvəqqəti metal sədlərlə bağlanıb. Bundan sonra yürüş istiqamətini dəyişərək Santanculiya ərazisinə yönəlib. Marşrut boyunca gücləndirilmiş polis nəzarəti təşkil olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:182
Bu xəbər 14 Fevral 2026 22:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















