İtaliyanın Baş naziri ABŞ və Rusiya prezidentlərinin görüşünə münasibət bildirib
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Roma, 16 avqust, AZƏRTAC
İtaliyanın Baş naziri Ciorcia Meloni ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putinin Alyaskadakı görüşünü sülh yolunda mühüm addım kimi qiymətləndirib.
AZƏRTAC İtaliya Nazirlər Şurasına istinadla xəbər verir ki, Ciorcia Meloni görüşü Ukraynada sülhün bərqərar olacağına ümid hesab edib.
“Sülh sazişi hələ də mürəkkəbdir, lakin mümkündür. Şərtlər və ərazilərlə bağlı yalnız Ukrayna danışıqlar apara bilər. Avropa dövlətləri danışıqlar mərhələsində Ukraynanı dəstəkləməkdə davam edəcək. Sülhə gedən yol asan deyil”, - deyə Baş nazir vurğulayıb.
İtaliya Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani isə Romanın üçtərəfli görüşə ev sahibliyi etməyə hazır olduğunu bəyan edib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 16 Avqust 2025 22:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















