İtaliyanın baş nazirinə verilmiş hədiyyələr hərraca çıxarılacaq
Icma.az bildirir, 525.az saytına əsaslanaraq.
İtaliyanın baş naziri Corc Meloniyə ölkə xaricinə səfərləri zamanı verilmiş hədiyyələr hərraca çıxarılacaq.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, məqsəd iqamətgahdakı yerin boşaldılması və büdcəyə əlavə vəsaitin daxil olmasıdır.
2026-cı ilin yanvar-iyun aylarında "Bertolami Fine Art" Hərrac Evində təşkil olunacaq hərraclara 270 adda əşyanın çıxarılması planlaşdırılır. Hələlik onların tam siyahısı açıqlanmasa da, aralarında alban lideri Edi Ramanın bağışladığı ipək yaylıq, Hindistanın baş naziri Narendra Modinin verdiyi geyim dəsti, Macarıstanın baş naziri Viktor Orbanın hədiyyəsi olan çini çaydan və digər əşyaların olduğu məlumdur.
Qeyd edək ki, İtaliya qanunlarına görə dövlət xadimlərinə bağışlanan və qiyməti 300 avrodan çox olan hədiyyələr dövlətin mülkiyyəti hesab olunur.
L.Tağıyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 16 Dekabr 2025 00:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















