İtaliyanın bu kəndində çimərlik geyimində gəzən turistlər cərimələnəcək
Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.
İtaliyanın Varenna qəsəbəsində köynəksiz və ya çimərlik geyimində gəzən turistlər üçün yeni qaydalar tətbiq olunub.
Qaynarinfo "adevarul.ro"-ya istinadən xəbər verir ki, qəsəbə rəhbərliyi artan turist axınının yaratdığı problemlərin qarşısını almaq və təxminən 650 nəfər daimi sakinin rahatlığını qorumaq məqsədilə bir sıra məhdudiyyətlər müəyyən edib.
Yeni qaydalara əsasən, çimərlik və ya qayıq gəzintiləri üçün nəzərdə tutulmuş geyimlərlə kənd küçələrində gəzmək qadağandır. Bu tələbi pozan şəxslər 50 avrodan 200 avroyadək cərimələnə bilərlər.
Bununla yanaşı, turist qruplarının sayı maksimum 25 nəfərlə məhdudlaşdırılıb. Qrupların Varrennanın dar, daş döşənmiş küçələrini tutmasına icazə verilmir. Həmçinin turist bələdçilərinə ekskursiyalar zamanı səsucaldıcılardan istifadə etmək qadağan edilib.
Qəsəbənin meri Mauro Manzoni bildirib ki, Varenna hər il dünyanın müxtəlif ölkələrindən yüz minlərlə turist qəbul edir.
Onun sözlərinə görə, turizmin inkişafı vacib olsa da, yerli sakinlərin həyat keyfiyyəti kütləvi turizmin mənfi təsirlərinə qurban verilməməlidir.
Qeyd edək ki, yeni qaydalar artıq bir neçə gündür qüvvədədir və xüsusilə geyim qaydaları yerli sakinlər tərəfindən müsbət qarşılanıb.
Günay
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 09 İyul 2026 18:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















