İtaliyanın Rusiyadakı hərbi attaşesi ölkədən çıxarılıb
Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İtaliyanın Rusiyadakı hərbi attaşesi heç bir səbəb göstərilmədən ölkədən çıxarılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İtaliyanın xarici işlər naziri Antonio Tayani "X" sosial şəbəkəsində məlumat paylaşıb.
"Rusiya heç bir əsas olmadan Moskvadakı İtaliya hərbi attaşesini əməkdaşı ilə birlikdə ölkədən çıxarıb. Söhbət onlardan (İtaliya diplomatlarından - red.) fərqli olaraq, milli təhlükəsizliyimizə zərər vuran casusluq fəaliyyəti həyata keçirərkən cinayət başında saxlanılan iki Rusiya hərbi attaşesinin İtaliyadan çıxarılmasına verilən nümayişkaranə cavabdan gedir", - İtaliya diplomatiyasının rəhbəri yazıb.
Xatırladaq ki, iyulun 9-da Tayani Rusiya hərbi attaşelərinin Romadan çıxarılması ilə bağlı qərar verildiyini açıqlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:207
Bu xəbər 20 İyul 2026 19:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















