Icma.az
close
up
RU
İtaliyanın sabiq Baş naziri: Aİ nin hərəkətsizliyi onun suverenliyini təhdid edir

İtaliyanın sabiq Baş naziri: Aİ nin hərəkətsizliyi onun suverenliyini təhdid edir

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Roma, 16 sentyabr, AZƏRTAC

Avropa İttifaqının (Aİ) hərəkətsizliyi onun suverenliyini təhdid edir.

AZƏRTAC xəbər verir ki, bu sözləri İtaliyanın sabiq Baş naziri, Avropa Mərkəzi Bankının keçmiş rəhbəri Mario Draqi deyib.

“Aİ-nin iqtisadi artım modeli effektivliyini itirir, zəifliklər artır. Bizə lazım olan sərmayələri maliyyələşdirmək üçün aydın bir yol yoxdur. Fəaliyyətsizlik təkcə rəqabət qabiliyyətimizi deyil, həm də suverenliyimizi təhdid edir. Avropa vətəndaşları və biznesləri diaqnozu, aydın prioritetləri və fəaliyyət planlarını yüksək qiymətləndirirlər. Lakin onlar həm də artan məyusluqlarını ifadə edirlər. Onlar Aİ-nin ləngliyindən məyus olurlar, bizim başqa yerdəki dəyişiklik sürəti ilə ayaqlaşa bilməyəcəyimizi görürlər. Onlar hərəkətə keçməyə hazırdırlar, lakin hökumətlərin vəziyyətin ağırlığını dərk edə bilmədiklərindən qorxurlar. Çox tez-tez bu ləngliyə bəhanələr gətirilir və bu, özündən razılıqdır. Diqqəti yeni sürətə və illər ərzində deyil, aylar ərzində nəticələrə yönəltmək lazımdır”, - deyə o bildirib.

Mario Draqi qeyd edib ki, ABŞ ötən müddətdə Aİ-yə ən yüksək tarifləri tətbiq etdi, Çin daha da güclü bir rəqibə çevrildi: “İqtisadi çəkimiz əhəmiyyətli olsa da, biz Avropanın cavab vermək qabiliyyətinin asılılıqları ilə necə məhdudlaşdığını gördük. Müdafiə üçün ABŞ-dan asılılıq Birləşmiş Ştatların ticarət müqaviləsini qəbul etməli olduğumuz səbəblərdən biri kimi göstərildi. Avropa İttifaqının dövlət borcunun növbəti onillikdə 10 faiz bəndi artaraq ÜDM-in 93 faizinə çatması nəzərdə tutulur, artım fərziyyələri bugünkü reallıqdan daha optimistdir. Buna görə də bir il sonra Avropa daha çətin vəziyyətə düşə bilər”.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Sentyabr 2025 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see343

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see340

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see332

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see331

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see314

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see311

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see297

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see296

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see293

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see285

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see279

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see267

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see265

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see259

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see257

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see251

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see237

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri