Icma.az
close
up
RU
İtalyan jurnalist Sala İran həbsxanasından azad edildi, evinə qayıtdı

İtalyan jurnalist Sala İran həbsxanasından azad edildi, evinə qayıtdı

Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İtalyan jurnalist Sesilya Sala çərşənbə günü İran tərəfindən azad edilib və üç həftə əvvəl Tehranda reportaj səfəri zamanı həbs olunmasından sonra evinə qayıdıb.  

Qaynarinfo bu barədə Reuters-ə istinadla xəbər verir.

İtalyan Baş naziri Corcia Meloni və xarici işlər naziri Antonio Tajani 29 yaşlı Salanı Romaya enən kimi qarşılayıblar. Bu, onun məsələsinə göstərilən siyasi əhəmiyyəti vurğulayıb.  

Sala müntəzəm jurnalist vizası ilə fəaliyyət göstərdiyi halda, 19 dekabrda İslam Respublikası qanunlarını pozmaq ittihamı ilə Tehranda saxlanılmışdı.  

O, ABŞ məhkəmə orderinə əsasən Milan şəhərində İrana dron hissələri tədarük etməkdə ittiham olunan iş adamı Məhəmməd Abedinin həbsindən üç gün sonra həbs edilmişdi. Vaşinqton həmin hissələrin 2024-cü ildə İordaniyada üç ABŞ hərbçisinin həlak olduğu hücumda istifadə edildiyini bildirir.  

İran həmin hücumda iştirakını inkar edib və Salanın həbs olunmasının Abedini İtaliyadan azad etmək məqsədilə təzyiq vasitəsi kimi istifadə edilməsi iddialarını rədd edib.  

İtaliya hökuməti bəyanat yayaraq, Salanın Tehranın Evin həbsxanasında təkadamlıq kamerada saxlandığını və onun "diplomatik və kəşfiyyat kanalları vasitəsilə aparılan intensiv işlər” nəticəsində azad edildiyini bildirib. Abedinin adı bəyanatda qeyd olunmayıb.  

Abedinin vəziyyəti  

Abedini çərşənbə günü Milan həbsxanasında qalmışdı. Məhkəmə gələn həftə onun ev dustaqlığına buraxılması üçün vəsatəti barədə qərar verəcək. Bu, onun ABŞ-a ekstradisiya məsələsindən əvvəl həyata keçirilə bilər.  

"Mövcud vəziyyətdə Abedinin mövqeyi dəyişməz qalır", – Milan prokuroru Françeska Nanni jurnalistlərə bildirib.  

Florida görüşü  

Sala, Meloninin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ilə Floridada gözlənilməz görüşündən cəmi üç gün sonra azad edilib. Görüşün detalları açıqlanmasa da, Baş nazirin müavini Matteo Salvini, Salanın müzakirə mövzusu olduğunu təsdiqləyib.  

Salanın çalışdığı "Il Post" xəbər portalı məlumat yayıb ki, Tramp İtaliyaya İranla danışıqlar aparmağa "bir növ yaşıl işıq" yandırıb və bu məsələni hazırkı prezident Co Bayden administrasiyası ilə siyasiləşdirməyəcəyinə söz verib.  

Yüksək rütbəli bir siyasi mənbə görüşün əhəmiyyətli olduğunu və Salanın azad edilməsində mühüm rol oynadığını bildirib.  

İranda həbs dalğaları  

Son illərdə İran təhlükəsizlik qüvvələri casusluq və təhlükəsizliklə bağlı ittihamlarla onlarla xarici və ikili vətəndaşı həbs edib. Hüquq müdafiə qrupları İranı bu həbslər vasitəsilə digər ölkələrdən güzəştlər əldə etməyə çalışmaqda ittiham edir. İran bu ittihamları rədd edir.  

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bağai bazar günü Abedinin həbsini "girov götürmə” kimi dəyərləndirmişdi.

Alpər

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:230
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 09 Yanvar 2025 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see329

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see328

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see324

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see319

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see304

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see302

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see287

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see280

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see279

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see278

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see273

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see263

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see261

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see261

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see249

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see248

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see245

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see228

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri