İtalyan jurnalistin İranda həbs edilməsi ilə bağlı bəzi detallar məlum olub
Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İtalyan jurnalist Sesilia Salanın İranda həbs edilməsi ilə bağlı bəzi detallar məlum olub.
Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verib.
Bildirilib ki, "Reuters"də dərc olunan reportajlarından birində jurnalist İrana son səfərindən sonra baş verən üç dəyişikliyi qeyd edib.
"Yüz minlərlə İran qadını artıq hicab geyinmir və ya ən azından onu lazımi qaydada taxmır. Onlar mənim onları çəkməyimdən, həmçinin küçələrdə quraşdırılmış üztanıyan Çin kameralarından qorxmurlar", - deyə Sala dekabrın 16-da Tehran küçəsində çəkilmiş videoda bildirib.
Sala, həmçinin İsrailin Tehran şəhərində İslam Respublikasının hava hücumundan müdafiə sisteminə raket hücumunu və Baş nazir Benyamin Netanyahunun İran xalqına müraciətlərini də qeyd edib.
Qeyd edilir ki, Salanın əməkdaşlıq etdiyi İtaliya şirkəti onun bir həftə ərzində təkadamlıq kamerada saxlanıldığını bildirib.
Şirkətdən verilən məlumata görə, Sala dekabrın 20-də Romaya qayıtmalı idi, lakin onun mobil telefonu dekabrın 19-da səhərdən söndürülüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 28 Dekabr 2024 16:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















