İtalyan tennisçi Sinner yeni rekord qırdı
Icma.az, Moderator.az portalına istinadən məlumat verir.
Dünyanın birinci raketkası olan italyan tennisçi Yannik Sinner Madriddə ATP "Masters" seriyasının turnirində finala yüksəlib.
Moderator.az "Opta"ya istinadən xəbər verir ki, yarımfinalda 24 yaşlı Sinner dünyanın 25-ci raketkası olan fransalı Artur Fisi 6:2, 6:4 hesabı ilə məğlub edib.
Sinner "Masters" turnirlərində ardıcıl 27-ci qələbəsini qazanıb. Cari mövsümdə italyan tennisçi İndian-Uells, Mayami və Monte-Karloda üç "Masters" turnirində qalib gəlib.
Məlumata görə, Sinner Rafael Nadal, Rocer Federer və Novak Cokoviçdən sonra doqquz "Masters" turnirinin hamısının finalına yüksələn dördüncü tennisçi olub. Bununla belə, italiyalı bu nailiyyətə cəmi 41 turnirdə nail olmaqla yeni rekord müəyyənləşdirib.
Həlledici matçda Sinnerin rəqibi alman Aleksandr Zverev və ya belçikalı Aleksandr Bloks olacaq. Mükafat fondu 8,235 milyon avro olan Madrid turniri mayın 3-də başa çatacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 01 May 2026 21:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















