Icma.az
close
up
RU
İtdirsəyi və xalyazion. Necə müalicə edilir?

İtdirsəyi və xalyazion. Necə müalicə edilir?

Icma.az, Saglamolun portalına istinadən məlumatı açıqlayır.

İtdirsəyi – göz qapağındakı kirpik kisəsinin və ya piy vəzisinin kəskin irinli iltihabıdır.

Xəstəlik əksər hallarda immuniteti zəifləmiş olan insanlarda (adətən uşaqlarda) və ya badamcıqlarının, burunun əlavə boşluqlarının iltihabı, dişlərdə olan xəstəliklər, qurd invaziyaları, şəkərli diabet və s. xəstəliklər fonunda baş verir.

Xəstəlik ilkin olaraq göz qapağı kənarında ağrılı nöqtənin əmələ gəlməsi ilə başlayır. Sonra onun ətrafında şişkinlik və qızartı əmələ gəlir və göz qapağı şişir. 2-3 gündən sonra göz qapağı kənarındakı şişkinlik sahəsində sarı rəngli irinli “başcıq” əmələ gəlir və o deşildikdən sonra içərisindən irin xaric olur. Əgər göz qapağında eyni zamanda əmələ gəlmiş bir neçə itdirsəyinin birləşməsi baş verərsə, xəstənin ümumi vəziyyəti ağırlaşır. Bu zaman xəstədə temperaturun yüksəlməsi, çənəaltı və qulaqaltı limfa vəzilərinin böyüməsi kimi əlamətlər də yarana bilər. Bu halda mütləq həkim-oftalmoloqa müraciət etmək lazımdır. Müalicə antibiotiklərin köməyilə aparılır. İtdirsəyi tez-tez əmələ gəldiqdə mütləq həkim-immunoloqa müraciət etmək lazımdır.

Formalaşmaqda olan irinciyin səthinə nöqtəvi şəkildə brilliyant yaşılı (“zelyonka”), yod və ya spirt vurmaq olar. Diqqətli olun ki, antiseptik gözə düşməsin!

İrin əmələ qəldiqdə göz nahiyyəsinə isti bir şeyin (qrelka, içərisi isti qum və ya duz ilə doldurulmuş kisəcik) qoyulması yaxşı effekt verir. Dərman məhlulu ilə isladılmış pampıq və ya tənzif qoyulması məslət görülmür! Heç bir halda irinciyi sıxmaq və ya deşmək olmaz! Bu halda infeksiya gözə yayıla bilər!

İtdirsəyi müalicəsi zamanı adətən tetrasiklin və ya eritromisin məlhəmindən, 20%-li sulfasil-natrium (albusid) və ya digər müasir göz damcılarından istifadə olunur.

Bir neçə gündən sonra itdirsəyi adətən keçib gedir.

Bəzən də elə olur ki, itdirsəyi keçib getməyin əvəzinə göz qapağının içərisində kiçik şiş kimi qalır. Buna xalyazion deyilir. Xalyazion ağrımır, lakin kosmetik qüsura gətirib çıxarır. Xalyazion çətinliklə müalicə olunur. Buna görə də o əmələ gələn kimi dərhal həkim-oftalmoloqa (göz həkimi) müraciət etmək lazımdır.

İlkin olaraq xalyazionu quru istilik, göz damcıları və xüsusi məlhəmlərlə müalicə etmək olar. Fizioterapiya üsullarından da istifadə oluna bilər. Bu üsullar nəticə vermədiyi halda xüsusı iltihab əleyhinə olan preparatlar istifadə olunur. Bu preparatlar xalyazionun içərisinə nazik iynə ilə yeridilir və xalyazion tədricən çəkilir.

Bu üsul da hər zaman xalyazionun tam çəkilməsi ilə nəticələnmir. Bu halda cərrahi əməliyyat aparılır. Əməliyyat bir neçə dəqiqə davam edir. Hal-hazırda bu əməliyyat lazerin köməyilə də aparılır. Lazerin vasitəsilə aparılan əməliyyat daha az travmatik olur və bu zaman tikiş qoyulmur.

Xalyazion yenidən əmələ gələ bilər. Onun əmələ gəlməsinə bir çox faktorlar təkan verir  – soyuqlama, immunitetin zəifləməsi, kontakt linzaların taxılması, şəkərli diabet, yağlı dəri, qiqiyenik qaydalarına tam riayət edilməməsi və s.

Xalyazion tez-tez əmələ gəlirsə mütləq immun sisteminizi möhkəmləndirin. Bunun üçün vitamin-mineral kopleksləri qəbul etmək, açıq havada gəzmək, yaxşı qıdalanmaq lazımdır.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Noyabr 2024 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see319

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see316

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see309

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see276

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see271

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see264

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see259

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see255

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see252

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see244

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see227

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see225

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see223

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see222

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see220

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see219

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see215

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see213

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see208

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri