İti fiqurlu konkisürəni təyyarə qəzasından xilas etdi
Manset portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Amerikalı fiqurlu konkisürən Con Maravilla bildirib ki, o, Vaşinqtonda qəzaya uğrayan PSA Airlines təyyarəsində uçmalı idi, lakin itinə görə uçuşa buraxılmayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, qeydiyyat masasında idmançıya heyvanın çox böyük olduğu bildirilib.
"Qeydiyyat agenti mənə dedi ki, itim daşınmaq üçün çox böyükdür, baxmayaraq ki, bu, bizim geri uçuşumuz idi. Ona görə də maşınla getməyə qərar verdik”, - deyə Maravilla vurğulayıb.
Onun sözlərinə görə, qəzaya uğrayan təyyarənin göyərtəsində ən azı 14 fiqurlu konkisürən, həmçinin onların ailə üzvləri və məşqçiləri olub. İdmançılar yanvarın 21-dən 26-dək Kanzas ştatının Uiçito şəhərində keçirilən ABŞ Fiqurlu Konkisürmə Çempionatından uçurdular. “Black Hawk” helikopteri ilə toqquşduqdan sonra təyyarə iki yerə parçalanaraq Potomak çayına düşüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 30 Yanvar 2025 15:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















