Icma.az
close
up
RU
İtirilmiş qədim şəhər cəngəllikdən tapılıb

İtirilmiş qədim şəhər cəngəllikdən tapılıb

Reyting.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Meksika cəngəlliyində itirilmiş qədim bir şəhər tapılıb.
Reyting.az
"News Week" nəşrinə istinadla bildirir ki, yaşına görə çox yaxşı qorunub saxlanılmış və Meksika cəngəlliklərində çox sıx bir ərazidə tapılan bu itkin şəhər 15-ci əsrə aiddir.
Alimlər bildiriblər ki, bu şəhər sadəcə, uzun müddət əsgərlər üçün qarnizon sayılıb. Lakin sonra məlum olub ki, meşə əslində öz əsl tarixini gizlədir.
Bu möcüzəvi kəşfin əsas müəllifi kanadalı alim, arxeoloqlar qrupuna rəhbərlik edən və Monrealda yerləşən MakQill Universitetinin əməkdaşı Pedro Qilermo Ramon Selisdir.
Arxeoloq Selis təyyarədə ərazi üzərində uçmalı olub və daha sonra meşəlik sahədə yerləşən Qvenqola şəhərinin əsl miqyasını kəşf etmək üçün lazer skan texnologiyasından istifadə edib. Alimlər deyiblər ki, qədim şəhərin tapıldığı bu ərazi Oahaka ştatının cənubunda, Sakit okeanın sahilindən təxminən 27 kilometr məsafədə yerləşir.
"Yerli Zapotek xalqı tərəfindən salınan şəhər 360 hektarlıq ərazini əhatə edib və bu şəhərdə məbədlər, top meydançaları, sadə insanlarla yanaşı elitalar üçün nəzərdə tutulmuş, müxtəlif ərazilər də daxil olmaqla, təxminən 1100-dən çox tikili, eləcə də 4 kilometrlik uzunluğunda divarlar olub. Şəhərin yaşı isə 500 ilə 600 il arasında olduğundan, o, olduqca yaxşı qorunub saxlanılıb. Siz orada cəngəllikdə gəzəndə belə, bu evlərin indiyədək necə möhkəm dayandığını görə bilərsiniz. Bu qədim itkin şəhərdə digər evlərdən evləri ayıran qapıları, dəhlizləri, hasarları da görmək olar", - deyə yeni kəşf barədə "News Week" nəşrinə danışan kanadalı alim Pedro Qilermo Ramon Selis bildirib.

Onun sözlərinə görə, sübutlar ispanların Meksikaya gəlməsindən bir müddət öncə möhkəmləndirilmiş və Qvenqola adlanan şəhərin tərk edildiyini göstərir.
İndi Qvenqola zamanında donmuş kimi görünür. Tarixi şəhər ağacların kölgəsi altında gizləndiyindən heç kimin bundan xəbəri olmayıb. Əslində isə bura hətta piyada yürüş etməklə sıx meşədən keçən yolla da çatmaq mümkün olardı.
Selis qeyd edib ki, yaxın vaxtlara qədər heç kim illərlə axtarış aparmadan bu ərazinin tam miqyasını kəşf edə bilməyib. Alimin sözlərinə görə, məsafədən zondlama üsulu ilə, həmçinin təyyarədən skan edən avadanlıq vasitəsilə təxminən iki saat ərzində o və arxeoloqlar dəstəsi müasir texnologiyanın köməyi sayəsində bunu edə biliblər.
Oqtay QORÇU
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:194
embedMənbə:https://reyting.az
archiveBu xəbər 06 Fevral 2025 08:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see412

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see355

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see319

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see272

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see259

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see257

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see238

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see233

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see230

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see220

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see216

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see214

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see213

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see211

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see209

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see199

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see196

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see192

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see190

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri