İtirilmiş sürücülük vəsiqəsinə görə cərimə ödənilməlidirmi? VİDEO
Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Sürücülük vəsiqəsinin itirilməsi bir çox sürücünün qarşılaşdığı hallardan biridir. Redaksiyamızın qaynar xəttinə tez-tez ünvanlanan suallardan biri də, itmiş sürücülük vəsiqəsinə görə cərimə tətbiq olunub-olunmamasıdır.
Avtosfer.az xəbər verir ki, Azərbaycan qanunvericiliyinə əsasən, sürücülük vəsiqəsinin itirilməsinə görə cərimə nəzərdə tutulmayıb.
İtmiş vəsiqənin bərpası üçün sürücü müvafiq qurumlara müraciət edərək yeni sürücülük vəsiqəsi ala bilər. Bunun üçün şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsinin itirilməsi ilə bağlı yazılı ərizə və müəyyən edilmiş dövlət rüsumunun, yəni 30 manat 40 qəpik ödənilməsi tələb olunur.
Bəzi sürücülər yol polisinin sistemində vəsiqənin göründüyünə arxayın olaraq itmiş vəsiqəni yenisi ilə əvəz etməyə ehtiyac duymurlar. Qeyd edək ki, bu, qanunvericiliyə zidd bir hərəkətdir.
"Yol hərəkəti haqqında" qanunun 37-ci maddəsində qeyd olunub ki, nəqliyyat vasitəsinə dair sənədlər, o cümlədən sürücülük vəsiqəsi hər zaman sürücünün üzərində olmalıdır.
Nərmin
Baxış sayı:160
Bu xəbər 27 Yanvar 2025 13:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















