Icma.az
close
up
RU
İtki və zərər mənzərəsi üzrə nəzərəçarpacaq irəliləyiş qeydə alınıb AZƏRTAC

İtki və zərər mənzərəsi üzrə nəzərəçarpacaq irəliləyiş qeydə alınıb AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 14 noyabr, AZƏRTAC

Noyabrın 14-də Varşava Beynəlxalq Mexanizmi (WIM) ExCom və COP29 Sədrliyinin birgə təşkilatçılığı ilə "İtki və zərər mənzərəsinin açılması" mövzusunda tədbir keçirilib. Tədbir itki və zərər üçün qlobal dəstək sisteminin, xüsusən Varşava Beynəlxalq Mexanizmi (WIM) İcraiyyə Komitəsinin və onun tematik ekspert qruplarının, WIM nəzdində yaradılmış Santyaqo şəbəkəsi və inkişaf etməkdə olan ölkələrə artıq yaşanmış və ya gözlənilən itki və zərərə effektiv cavab vermək üçün hərtərəfli dəstəyi təmin edən İtki və Zərər Fondunun fərqli rollarını açmağa çalışıb.

AZƏRTAC xəbər verir ki, tədbirin moderatoru Varşava Beynəlxalq Mexanizminin İcraiyyə Komitəsinin nümayəndəsi Tessa Kelli dünyada iqlim dəyişikliyinin təsirlərinin getdikcə daha çox hiss olunduğunu, xüsusilə inkişaf etməkdə olan ölkələrdə itki və zərərlə nəticələndiyini qeyd edib. Uzun illər ərzində tərəflər itki və zərərin qarşısını almaq, onu minimuma endirmək və aradan qaldırmaq üçün xüsusilə həssas inkişaf etməkdə olan ölkələri dəstəkləmək məqsədilə institusional arxitektura yaratmağa çalışıblar.

T.Kelli son bir neçə il ərzində itki və zərərə cavab vermək üçün yeni fondun yaradılmasının diqqət mərkəzində saxlanıldığını da qeyd edib.

2024-cü ilin tarixin ən isti ili kimi yadda qaldığını deyən COP29-un adaptasiya və itki və zərər üzrə aparıcı danışıqçısı Elvin Əşrəfzadə ekstremal hava hadisələrinin milyonlarla insanın zərər çəkməsi ilə nəticələnən görünməmiş dağıntılar yaratdığını qeyd edib.

Dünyada baş verən iqlim dəyişikliyi nəticəsində iqtisadiyyata milyardlarla dollar ziyan dəydiyini qeyd edən E.Əşrəfzadə deyib: "İtki və zərərə effektiv və vaxtında cavab vermək üçün əlimizdən gələni etmək bizim borcumuzdur. Odur ki, itki və zərərin qarşısını almaqla bağlı fəaliyyətə imkan vermək planımızın əsas prioritetlərindən biri olub".

E.Əşrəfzadə itki və zərər mənzərəsi üzrə nəzərəçarpacaq irəliləyişin qeydə alındığını, COP29 çərçivəsində əməkdaşlıq və innovativ ideyaların inkişaf edən itki və zərər mənzərəsinin formalaşmasında həlledici rol oynadığını da diqqətə çatdırıb.

O, İtki və Zərərə Cavab Fondunun tam fəaliyyət göstərməsi istiqamətində kritik addımlar atıldığını, nəticədə bunun çoxdan gecikmiş maliyyə vəsaitlərinin 2025-ci ildə nəhayət həssas icmalara yönəldilməsinə imkan verəcəyini vurğulayıb.

Tədbir müzakirələrlə davam edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Noyabr 2024 21:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see278

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see258

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see232

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see207

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see199

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see177

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see174

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see169

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see162

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see156

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see148

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see148

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see145

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see145

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see144

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see143

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see142

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see141

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri