Icma.az
close
up
RU
İtkin ailələrinin Brüsseldə etiraz aksiyası

İtkin ailələrinin Brüsseldə etiraz aksiyası

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Dünən “Qarabağ itkin ailələri” İctimai Birliyinin təşkilatçılığı ilə Brüsseldə Avropa Parlamentinin qarşısında bir qrup azərbaycanlı itkin ailəsi aksiya keçirib, etiraz bəyanatı səsləndirib. Aİ-yə ünvanlanan sənəddə deyilir:

“Biz 30 ildən çoxdur doğmalarından xəbər ala bilməyən ailələrin, illərdir qapısı döyülməyən evlərin, övlad yolunu gözləyən anaların və valideyninin üzünü xatırlamayan uşaqların səsiyik. Ermənistanın Azərbaycan ərazilərini işğalı zamanı 4010 azərbaycanlı itkin düşüb. Onlar arasında 71 uşaq, 288 qadın və 319 ahıl şəxs olub. Hər rəqəmin arxasında bir insan həyatı, cavabsız qalan suallar dayanır”.

Bəyanatda daha sonra sülh gündəliyinin irəlilədiyi bir dövrdə itkinlərin taleyinə aydınlıq gətirilməsinin xüsusi əhəmiyyət daşıdığı vurğulanır: “Davamlı sülh yalnız dövlətlər arasında deyil, insanların həyatında da hiss olunmalıdır. Bu günədək işğaldan azad edilmiş Azərbaycan ərazilərində 32 kütləvi məzarlıq aşkarlanıb, 328 itkinin kimliyi müəyyən edilib, 273 nəfərin nəşi ailələrinə təhvil verilib. Amma hələ də gözüyolda olan ailələr var. İstəkləri Ermənistanın mövcud məlumatları və arxivləri açıqlaması, kütləvi məzarlıqlar və itkinlərin sonrakı taleləri barədə məlumatları təqdim etməsidir”.

Azərbaycanlı itkin ailələri Ermənistanı daim müdafiə edən, bir dəfə də olsun azərbaycanlı itkinlərlə bağlı məsələ qaldırmayan, beynəlxalq münasibətlərdə anaxronizm və atavizmin nümunəsi kimi qəbul edilən Avropa Parlamentinə səsləniblər: “Ötən il BMT-nin Cenevrədəki ofisinə çatdırdığımız humanitar çağırışı bu gün Brüsseldə davam etdiririk. İnsan hüquqları universaldırsa, həqiqəti bilmək hüququ da universaldır”.

İtkin ailələri ailə üzvlərindən xəbər alanadək Avropada aksiyalarının davamlı olacağını bildiriblər.

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 Oktyabr 2026 00:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see397

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see367

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see355

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see296

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see279

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see256

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see250

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see247

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see235

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see225

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see222

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see222

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see216

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see213

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see201

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see201

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see192

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see167

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see166

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri