İtkin düşən 5 musiqiçi meşədə belə tapıldı İnanılmaz olay...
Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Meksikanın Tamaulipas əyalətində yerləşən Reynosa şəhərində 25 may 2025-ci il tarixində itkin düşən "Grupo Fugitivo" adlı yerli musiqi qrupunun beş üzvünün cəsədləri meşəlik ərazidə tapılıb.
Yenisabah.az bildirir ki, Meksika mətbuatında yer alan xəbərlərə görə, musiqiçilərin şiddətli şəkildə döyüldükləri və yandırıldıqları müəyyən edilib.
Tamaulipas əyalətinin prokuroru İrving Barriosun verdiyi məlumata əsasən, musiqiçilərin ehtimal ki, narkotik kartellərinin silahlı üzvləri tərəfindən qətlə yetirildiyi bildirilib. Hadisə ilə əlaqədar olaraq, "Cartel del Golfo"nun "Los Metros" fraksiyasına bağlı olduqları düşünülən 9 nəfər saxlanılıb.
Musiqiçilərin itkin düşməsindən sonra ailələri Reynosa şəhər bələdiyyəsi qarşısında etiraz aksiyası keçirərək, yol bağlama tədbirləri ilə diqqət çəkməyə çalışıblar. Meksikada xüsusilə narkotik kartellərini tərifləyən "narkokorridos" janrında mahnılar ifa edən musiqi qruplarının cinayətkar təşkilatların hədəfinə çevrildiyi məlumdur.
Bu hadisə, Meksikada sənətçilərin və vətəndaşların üzləşdiyi təhlükələri bir daha gündəmə gətirib və ölkədəki təhlükəsizlik problemlərinə dair narahatlıqları artırıb.
Aytac Əliyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 05 İyun 2025 14:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















