İtkin düşən imamın meyiti tapıldı
Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Türkiyədə itkin düşən imamın meyiti tapılıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Kastamonu rayonu Güneşli kəndində qeydə alınıb.
Məlumata görə, 2 ildir ki, imam kimi fəaliyyət göstərən 27 yaşlı İlkər Topaloğlu yanacaq doldurmaq üçün qəsəbə mərkəzinə gedəcəyini deyib. Lakin bundan sonra ondan xəbər almaq mümkün olmayıb. Yaxınları onun itkin düşməsi barədə polisə müraciət ediblər və axtarışlara başlanılıb.
2 günlük axtarışlardan sonra imamın avtomobili İnebolu-Abana yolundakı dolayların aşağısında tapılıb. Maşının yanında isə İlkər Topaloğlunun cansız bədəni aşkar edilib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Baxış sayı:94
Bu xəbər 06 Noyabr 2025 10:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















