İtkin düşənləri öldürüblər: 48 kisə insan qalığı tapıldı
Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.
Meksikada, Xalisko ştatının Sapopan bələdiyyəsində dəhşətli kütləvi məzarlıq aşkar edilib.
Lent.az xarici mediaya istinadla bildirir ki, xüsusi axtarış dəstəsi Qvadalaxaranın yaxınlığındakı boş sahədə insan cəsədlərinin fraqmentləri ilə dolu 48 kisə tapıb.
İtkin düşmüş şəxslər üzrə prokuror müavini Blanka Truxillonun sözlərinə görə, ərazi böyük olduğundan qalıqları çıxarmaq üçün ağır texnika cəlb edilib. İşlər “Herreros Buskadores” axtarış qrupunun və İtkin düşmüş şəxslərin axtarışı üzrə Milli Komissiyanın dəstəyi ilə aparılıb.
Hazırda tapılmış bütün kisələrdəki qalıqlar kompleks məhkəmə-tibbi ekspertizaya göndərilib. Rəsmi şəxslərin sözlərinə görə, bu ərazidə basdırılmış qurbanların dəqiq sayını müəyyən etmək hələ mümkün deyil. Bunun üçün uzun müddət tələb edən dəqiq genetik tədqiqat aparılmalıdır.
Bu dəhşətli tapıntı artıq faciəvi statistikanı daha da artıracaq: Xalisko ştatında 15,9 mindən çox insanın itkin düşməsi faktı qeydə alınıb. Regional ekspertlər və hakimiyyət orqanları bu qədər yüksək rəqəmi ən güclü narkokartellərdən biri olan “Xalisko Yeni Nəsil”in (Jalisco New Generation Cartel) amansız fəaliyyəti ilə əlaqələndirirlər. Bu cinayətkar qruplaşma ABŞ tərəfindən xarici terror təşkilatı kimi tanınıb, onun lideri “El Menço” ləqəbli şəxs haqqında məlumat üçün isə 15 milyon dollar mükafat təyin edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:26
Bu xəbər 29 Oktyabr 2025 12:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















