Icma.az
close
up
RU
İtkin düşmüş kişi solaryumda tapılıb Yeni Sabah

İtkin düşmüş kişi solaryumda tapılıb Yeni Sabah

ABŞ-də itkin düşmüş bir kişinin qalıqları solaryumda tapılıb.

Yenisabah.az xarici mediaya istinadən xəbər verir ki, itkin düşən kişi solaryumda cansız vəziyyətdə tapılıb.

Ailəsi 39 yaşlı Derek Sinkanın noyabrın 8-də cümə günü idman zalında yerləşən solaryuma getdiyini və sonra yoxa çıxdığını bildirib. Həmin günlərdə ailəsi onunla əlaqə saxlamağa çalışsa da, buna nail ola bilməyib və onun itkin düşməsi ilə bağlı polisə müraciət ediblər.

Bazar ertəsi səhər polisə Planet Fitness solaryumundakı kabinələrdən birində qalıqların tapılması barədə zəng daxil olub. Tibbi ekspertlər müəyyən ediblər ki, qalıqlar Sinkaya məxsusdur.

Məlum olub ki, kişi solaryumda iki gün boyunca hərəkətsiz qalıb. Bu, onun ayağında olan elektron bilərzik vasitəsilə dəqiqləşdirilib./BAKU.WS


seeBaxış sayı:43
embedMənbə:https://yenisabah.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri