İtkin düşmüş vətəndaşların axtarışı istiqamətində əməkdaşlıq gücləndiriləcək
Icma.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.
Özbəkistanla Türkiyə arasında itkin düşmüş vətəndaşların axtarışı istiqamətində əməkdaşlıq gücləndiriləcək.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, sözügedən məsələ özbək diplomatları ilə Türkiyə Daxili İşlər Nazirliyinin nümayəndələri arasında keçirilən görüşdə müzakirə edilib. Tərəflər itkin düşmüş vətəndaşların sürətli axtarışı məsələsi ilə bağlı məlumat mübadiləsini gücləndirmək barədə razılığa gəliblər.
Həmçinin müvafiq qurumlar arasında birbaşa əməkdaşlıq mexanizmlərinin yaradılması və birgə işçi qrupu yaradılması barədə razılıq əldə edilib.
Görüşdə Türkiyədə müvəqqəti və ya daimi yaşayan Özbəkistan vətəndaşlarının hüquqlarının qorunması, itkin düşmüş həmvətənlərin axtarışı, eləcə də yerli hüquq-mühafizə orqanları tərəfindən xarici vətəndaşlardan müraciətlərin qəbulu prosedurunun təkmilləşdirilməsi məsələləri müzakirə edilib. Bundan əlavə, həbsxanalarda saxlanılan Özbəkistan vətəndaşları ilə görüşlərin təşkili məsələsinə də baxılıb.
Süleyman
Bu mövzuda digər xəbərlər:Murovdağda itkin düşmüş şəxslərin axtarışı davam etdirilir
01 Sentyabr 2026 20:15
Gürcüstanla Türkiyə arasında əməkdaşlıq gücləndiriləcək
25 Noyabr 2025 19:01
Özbəkistan və Misir arasında əməkdaşlıq gücləndiriləcək
14 İyun 2026 15:18
Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir
07 Oktyabr 2026 11:45
İtkin düşmüş kimi axtarışı aparılan 7 nəfər tapılaraq təhvil verilib
21 Mart 2025 11:13
Baxış sayı:160
Bu xəbər 16 Mart 2026 12:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















