Icma.az
close
up
RU
İtkin kapitanla Ramil Şeydayev haqqında KÖŞƏ

İtkin kapitanla Ramil Şeydayev haqqında KÖŞƏ

Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

Ötən ilin oktyabrında “Neftçi” “Səbail”i doğma meydanda 3:1 hesabıyla məğlub etmişdi. Ağ-qara rənglərə könül verən azarkeşlər nisbətən sakitləşib, gələcəyə ümidlə baxmağa başlamışdılar.

Zarafat deyildi, onların sevimli komandası yeni mövsümdə ilk qələbəsini qazanırdı. Özü də qələbənin altında “Sumqayıt”ı “Neftçi”yə dəyişən baş məşqçi Samir Abasovun imzası vardı. Onlar inanırdılar ki, pis günlər arxada qaldı, artıq irəlidə daha gözəl günlər var, “Neftçi” qələbələri sıralayacaq, turnir cədvəlinin ilk pillələrinə doğru sürətlə irəliləyib, medallar uğrunda mübarizəyə qoşulacaq. Hardan biləydilər ki, türklər demiş, pis günlər bitdi, indi irəlidə daha pis günlər gəlir...
Qayıdım “Səbail”lə oyundan sonraya. 3:1 hesablı qələbədən sonra Emin Mahmudov jurnalistlərin suallarını cavablamışdı. Suallardan biri Samir Abasovun “Neftçi”yə baş məşqçi təyinatıyla bağlı idi. Həmkarımla Emin Mahmudov arasında dialoq belə olmuşdu:
- Demək olar ki, “Səbail”lə oyun Samir Abasovun təyinatının düzgün qərar olduğunu göstərdi?
- Samir Abasovun gəlişi həmişə düzgün qərardı (gülür).

Bu dialoqdan sonra barmağımı dişləmişdim, “Neftçi”nin heyətində Roman Qriqorçukun yola salınmasını istəyən futbolçu qruplaşmasının olması haqda deyilənləri xatırlamışdım. Mahmudovun dediklərindən belə çıxırdı ki, futbolçular da Samir Abasovun gəlişini gözləyirmişlər, ukraynalı çalışdırıcının “Neftçi”yə baş məşqçi təyin olunmasını düzgün qərar saymırmışlar.
Həmin gündən təxminən 6 ay keçib. Zaman sübut edir ki, “Neftçi”nin problemi heç də baş məşqçi ilə bağlı deyilmiş. Baş məşqçidən əvvəl futbolçular dəyişməliymiş. Çünki onlar böyük hədəflərə çatmaq uğrunda savaşmağa azır deyilmiş.
Bu yaxınlarda “Neftçi”nin “milliləşdirilmiş” futbolçusu Filip Ozobiçin müsahibəsini oxudum. Xorvatiyalı deyir ki, özündə oynamağa güc hiss edir, hələ bir müddət oynamağı düşünür. İnsafən, Ozobiç hazırkı “Neftçi”nin ən yaxşılarındandı, zaman-zaman nəticəyə də təsir edir. İndi özünüz düşünün, ən yaxşılarından biri 34 yaşlı Ozobiç olan “Neftçi”nin digər futbolçuları hansı səviyyədədi?! Əlbəttə, hazırkı heyətdə Ozobiç fərqlənəcək, faydalı görünəcək. Amma onun da faydası ən uzağı, “Neftçi”nin 6-cı pillədə “möhkəmlənməsinə” yetəcək qədərdi. Bundan artığı mümkün deyil.
Qayıdıram Emin Mahmudova. Samir Abasovun gəlişinə sevinən, bunu düzgün qərar adlandıran sabiq kapitan, “Neftçi”nin liderlərindən biri çoxdan ortalıqda yoxdu. Nə vaxt baxırsan, zədəlidi. İnternetdə adıyla bağlı axtarış verənin qarşısına saysız-hesabsız “Emin Mahmudov zədələndi” xəbərləri çıxır. Bu proses necə baş verdi, Mahmudov harda, hansı oyunda ciddi zədə aldı? Xatırlamağa çətinlik çəkirəm. Görünən odu ki, yaxın müddətdə meydana qayıtmağı da planlaşdırmır. Eminin istedadına, xarakterinə böyük ümidlər bəsləyirdik. Amma ən yaxşı günlərində pula yenik düşən, karyerasında durğunluq yaranan futbolçu keçmiş günlərindən çox uzaqdadı. Əvvəl kapitanlığı əldən verdi, indi də futbolçu keyfiyyətlərini.
Halbuki çətin məqamda sinəsini irəli verməli, “Neftçi”nin ağır yükünü komanda yoldaşları ilə daşımalıydı. O isə bunu arzulamır. Bir vaxtlar bu cür davranışı Eddi İsrafilovdan, Höccət Hacıyevdən görürdük. İndi Emin Mahmudov, Ramil Şeydayev kimi yüksək məvacib alan və azarkeşlərin böyük ümidlər bəslədiyi futbolçular da belə edir. Çətin məqamda ya zədə adıyla gün keçirirlər, ya da meydana çıxanda ayaqlarını sürüməklə, ora-bura vurnuxmaqla məşğul olurlar. Çox təəssüf...
AMAL

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:304
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 22 Aprel 2025 18:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see330

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see320

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see312

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see304

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see299

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see290

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see282

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see271

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see266

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see262

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see248

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see228

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see226

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see216

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see216

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see206

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see193

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see184

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see174

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri