Icma.az
close
up
RU
İtmiş filmin rejissoru: Nazir də deyir ki...

İtmiş filmin rejissoru: Nazir də deyir ki...

Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Əslində, o film həmişə fondda olub. Sadəcə, arada “Azərbaycanfilm” kinostudiyasındakı dəyişikliklər zamanı itmişdi. Orada olan filmlərə də hər zaman kinostudiya cavabdeh olub”.

Bunu “Yeni Sabah”a kinorejissor, ssenarist Cahangir Mehdiyev deyib.

Onun qeyd edib: “İlk dəfə Azərbaycana beynəlxalq mükafatları həmin filmlərlə mən gətirmişəm. “Araşdırın” filmi bir nəfərin iş həyatından bəhs edir. Həmin adam bir gün ayılır və başa düşür ki, öz yerində deyil. İşdən çıxmaq üçün ərizə yazsa da, onu buraxmırlar. Soruşurlar ki, haçan bilmisiniz ki, siz öz yerinizdə deyilsiniz? Cavab verir ki, bu axşam yuxuda görmüşəm ki, tutduğum vəzifə mənim yerim deyil. Dördpendirli pizza

Müdür də ona deyir ki, gedin işinizin başına və öz yerinizdə olmadığınızı heç kəsə deməyin. Bu da gedir nazirə məktub yazır və bildirir ki, mən axmaq adamam və başa düşmüşəm ki, öz yerimdə işləmirəm. Nazir də cavab verir ki, bunu dərk edirsinizsə, deməli, ağıllanmısınız. Gedin işinizə davam edin. Bu adam da görür ki, nə etsə də, işdən çıxa bilmir. Bir gün də baxır ki, öz ərizəsini elə özünə göndəriblər. O da üstünə “araşdırın” yazıb "yuxarı"ya göndərir. Özü öz ərizəsini qəbul edir və araşdırılmasını istəyir. Yəni insan gec də olsa, öz yerində olmadığını görür”.

Rejissor qeyd edib ki, sözügedən film onun kurs işi olub:

“Filmin adına bu günə qədər heç bir siyahıda rast gəlinməyibsə, bu onların günahıdır. Mən sadəcə öz vəzifəmi yerinə yetirərək filmlərimi çəkmişəm, bu barədə fikirləşməmişəm. Siyahıya niyə əlavə olunmayıb, bilmirəm. Film Fondunun və Aydın Kazımovun kitabda qeydlər aparanda həmin filmi də oraya yazıb, yazmadıqlarını bilmirəm. Hər şey “soyuq münasibət”lərə görə olub. Hamı bilir ki, mən bütün filmlərimi “Azərbaycanfilm”də çəkmişəm. Başqa studiyanın məhsulu olsa belə, orada çəkmişəm. Hətta “Mosfilm” rejissorları arasında sağ qalan yeganə rejissor mənəm.

Bütün filmlərim kimi bu da öz rayonlarımızda çəkilib. Hadisələr hamısı burada baş verib. Mən hər zaman öz milli, mənəvi dəyərlərimə bağlı olan rejissor olmuşam”.

Qeyd edək ki, “Araşdırın!” adlı qısametrajlı bədii film Azərbaycan Dövlət Film Fondunun arxivinə daxil edilib. Bu barədə Dövlət Film Fondu məlumat yayıb. Filmin adına bu günədək Azərbaycan kinosu haqqında hazırlanmış heç bir kataloq və siyahıda rast gəlinməyib. Bu, Əməkdar incəsənət xadimləri, kinorejissor Cahangir Mehdiyevlə kinooperator Ələkbər Muradovun tələbə ikən çəkdikləri kurs işidir. Filmin direktoru Nadir Əliyevdir. 

Aydan Hacı 


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:161
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 06 May 2026 17:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see406

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see394

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see377

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see362

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see251

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see247

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see247

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see240

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see237

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see232

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see227

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see218

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see211

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see200

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see196

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see183

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see178

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see178

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see170

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri