Icma.az
close
up
RU
İttifaqın Tramp qorxusu: Donald hakimiyyətə gələndən sonra Aİnin vəziyyəti gərginləşəcək

İttifaqın Tramp qorxusu: Donald hakimiyyətə gələndən sonra Aİnin vəziyyəti gərginləşəcək

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

AB Ukrayna münaqişəsi ilə bağlı Donald Trampın Vladimir Putinlə avropalıların başı üzərində danışıqlara meyilli olacağından qorxur.

Bu barədə “Euractiv” məlumat yayıb.

“Avropalılar Ukrayna ilə bağlı gələcək sülh danışıqları masasında oturmağa zəmanət istəyirlər, lakin yalnız qatlanan kürsü almaq riski ilə üzləşirlər”, - məlumatda deyilir.

Qeyd edək ki, Tramp ötən həftə bildirib ki, Putinin onunla görüşmək istəyi var və artıq təşkilati iş gedir.


Politoloq Elşad Həsənov "Sherg.az"a bildirib ki, artıq 3 ilə yaxındır davam edəj Rusiya-Ukrayna müharibəsində çoxlu şəhər, kənd və qəsəbələr dağıdılıb, insanlar həlak olub. Həmçinin xaricdə 7 milyondan artıq ukraynalı qaçqın şəraitindədir:


"Tramp bu münaqişə ilə bağlı son çıxışında bildirdi ki, milyondan artıq insan tələf olub. Bu isə böyük faciədir. Eyni zamanda bu gün Ukrayna torpaqlarının 20 faizindən çoxu işğal altındadır. Bütün bunlar dünyanın gözü qarşısında baş verir və AB-nin dəstəyi ilə müharibə davam edir. Ümumiyyətlə AB və ABŞ Rusiyanın çökməsini istəyir. Buna görə də Ukraynaya yardım edərək onun tam məğlub olmasına icazə vermədilər. Lakin bu münaqişənin sonu olmalıdır. ABŞ-ın yeni seçilmiş Prezidenti seçki öncəsi bildirdi ki, hakimiyyətə gəldikdən sonra bir günün içərisində müharibəyə son qoyacaq.  İndi isə altı aya bunu reallaşdıracağını deyir. Həmçinin ABŞ-ın Ukrayna və Rusiya üzrə danışıqlarda iştirak edən xüsusi nümayəndəsi Keyt Kelloq yüz gün müddətində buna nail olmağa çalışacaqlarını bəyan edib. Digər tərəfdən son zamanlar görünür ki, Rusiya da artıq iqtisadi cəhətdən çökdüyü və  çoxlu itkiləri olduğu üçün müharibəni dayandırmaq istəyir. Amma Putin özünü dünya liderlərindən biri hesab edərək müharibənin qazananı kimi göstərmək istəyir. Həmçinin bu məsələni Böyük Vətən müharibəsinin 80 illiyinə qədər həll etməyə çalışır. Digər tərəfdən Tramp da Putinin onunla görüşmək istədiyini və buna hazırlıqlar getdiyini söyləyib. Artıq onların harada görüşəcəyi barədə də danışıqlar gedir. Serbiyanın Prezidenti görüş üçün öz ölkəsinin ən yaxşı yer olduğunu bildirdi".


Politoloqun sözlərinə görə, Tramp hakimiyyətə gələndən sonra Aİ-nin vəziyyəti gərginləşəcək:

"Çünki o açıqlamalarında deyib ki, ABŞ-ın etdiyi yardımlar qədər Aİ ölkələri də etməlidir. Onlar ÜDM-nin 5 faizi qədər vəsait ayrılmalı olsalar da, əslində 1-1.5 faiz edirlər. Avropa ölkələri buna razı olmadığı üçün aralarında mübahisəli məsələlər var. Eyni zamanda Tramp Qrenlandiyanı almaq üçün lazım gələrsə, hərbi gücdən istifadə edəcək. Buna görə də NATO ilə hazırda Qrenlandiyanın sahibi olan Danimarka arasında konflikt yaranacaq. Ümumilikdə Trampla Putinin görüşünə heç bir qüvvə müdaxilə edə bilməyəcək. O, hakimiyyətə gələndən sonra isə Rusiya-Ukrayna cəbhəsində atəşkəsə nail olunacaq. AB isə may ayına qədər nəzərdə tutulan sülh danışıqlarından kənarda qalacaq".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://sherg.az
archiveBu xəbər 13 Yanvar 2025 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see270

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see165

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see134

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see130

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see128

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri