Icma.az
close
up
RU
İttihamxana “hyenaları” və həqiqət

İttihamxana “hyenaları” və həqiqət

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Vətənpərvərlik əclafların son sığınacaq yeridir” – ingilis yazıçısı Samuel Consonun bu fikri çox məşhurdur. Son zamanlar idman jurnalistikasına da bir basqı, nizamlı-nizamsız təzyiq var. Ümumiyyətlə, idman jurnalistikasını üzərinə getmək də manipulyantların son sığınacaq yeridir.

Sözləri, fikirləri dalana dirənəndə, özünüifadədə hansısa əngəl əmələ gələndə idman mediasının “bostanına bir daş atılır”.

Halbuki müstəqil idman mediası, cəsarətli, azad fikirli qələm sahibləri olmasa, elə təkcə futbolda nə biabırçılıqlar yaşanar, mərəkələr qopardı.

Dövlətin futbolun var olması üçün ayırdığı milyonların başında cəmləşən “hyenaların” yuxusunu ərşə çəkən yeganə nəsnə azad idman jurnalistidir. Bu obrazı nüfuzdan salmaq kimlərə sərf edir, müəyyənləşdirmək çətin olmamalıdır…

Hər vəchlə bu sahənin imicinə zərbə vurmaq, əzmək, aşağılamaq üçün kuluarlarda min bir cəhd göstərən, əziyyət çəkən “hyenakimilər”, təəssüf ki, əksərən bu çirkin niyyətə nail ola bilir.

Bir-iki çürük “nümunədən” yapışmaqdan başqa heç bir arqumenti olmayan “hyenalar” o qədər hiyləgərdilər ki, dürüst, cəsarətli idman jurnalisti ilə heç vaxt üzbəüz gəlmir. Bununçün onda heç bir potensial yoxdur… Odur ki, çürük nümunələrdən yapışıb, sahəni ümumən aşağılamaqla bic tərpəndiyini zənn edən nəsnələr elə zənn etməsin ki, niyyətləri vüsət alır, hədəfə nail olur.

Vəziyyət o yerə çatıb ki, idman jurnalistinin adi tənqidi sualına belə bozarmaq, yaxud “naz atmaq”, cavab verməmək halları artır, adiləşməyə başlayır.

Mümkünsə, ciddiyyəti, reallıq hissini də itirməyək. Nə mətbuat konfranslarına, nə miks-zonalara potensialının 5-10 faizi ilə qatılır idman mediası. Qıcıqlandırıb, başınıza bəla açmasanız, bu, daha ağıllı tərpəniş olar, nəinki şeşələnib bu sahənin üstünə şığımaq…

Tənqid edən idman jurnalistinin tənqidindən nəticə çıxarmaq əvəzinə onu susdurmağın yollarını axtaran, bunun üçün dost-tanış və digər vasitələri işə salan idarəçi/məşqçi/futbolçu bilməlidir ki, Azərbaycan futbolu bununla bəlalardan qurtulmayacaq, inkişaf etməyəcək.

Heç olmasa, say-seçmə peşəkar tənqid yazanlara bu əbləh niyyətlə yanaşılmasın. Bildik, sizin “kəşf etdiyiniz” “bilərəkdən tənqid yazanlar”, “məqsədli tənqidyazanlar” da var, ancaq yanaşmada qarışdırmamaq, fərq qoymaq sizin üçün faydalıdır. Bu, həm də sizin peşəkarlıq səviyyənizin, niyyətinizin bir göstəricisi ola bilər.

Hələ ki, dostyana irad kimi qeyd edək. Ümid edək ki, “qulaq informasiyalarına” əsasən deyil, peşəkar kriteriyalarla müəyyənləşdirəcək və bununla da hansı tənqidin inkişaf üçün, hansınınsa mənfəətbazlıq naminə yazıldığını səhih şəkildə ayırd edəcəksiniz, münasibətləri də bu zəmində göstərəcəksiniz. Vulqar ifadəyə görə üzrlü sayın, bozarmaqla bir yerə vara bilməyəcəksiniz…

Azərbaycan futbolu anarxik, böhranlı və kövrək idarəetmə periodunu yaşayır. Bu vəziyyət onsuz da səhmandan uzaq futbolumuzda bir az da xaotik vəziyyət yaradıb. Belə məqamda çatışmazlıqları qabardan peşəkarları susdurmaq niyyəti çox təhlükəli yanaşmadır. Rasionallığı kənara qoymamaq vacibdir.

Hamılıqla özümüzə etiraf etməliyik ki, uzun illər bataqlığa sürüklənən, bərbad idarə olunan futbolumuz hələ bataqlıqdan çıxarılmayıb. Bunu etiraf etmək qorxulu olmamalıdır, ört-basdır etmək qorxulu olmalıdır.

Əlbəttə, bu bataqlıqdan çıxmaq üçün böyük zaman lazımdır, lakin inkişafın əsasını qoymaq üçün tənqidlərə açıq olmaq və peşəkarlara müraciət etmək gərəkdir.

AFFA rəhbərliyi də bilməlidir, futbolun peşəkarları, təcrübəliləri prosesə cəlb olunmasa, düşdüyümüz bu xaosdan çıxmaq mümkünsüzdür.

Elçin Cəlilov

P.S. Qarışıqlıq zamanında strateqlərə müraciət edilərdi, çıxış yolları onların ağlı və təcrübəsi hesabına tapılardı. Dost-tanışı dövriyyəyə salıb, “ənənəvi metodlarla” əmin-amanlıq yaratmaq niyyəti faydalı olmayıb, olmur, olmayacaq da. Nə qədər gec deyil, eyforiyadan ayılmaq, “qulaqdoldurma” cəhdlərindən uzaq olmaq, ciddi təhlil və müşahidələr aparıb rasional, peşəkar islahat formaları tapmaq/tətbiq etmək lazımdır.

İttihamxana açmaq “sizif əməyi” olar və məğlubiyyətə aparar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:148
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 26 Mart 2025 09:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see360

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see343

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see303

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see272

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see247

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see216

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see206

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see201

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see198

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see195

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see190

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see183

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see179

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see173

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see172

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see170

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see167

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see167

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see165

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri