Icma.az
close
up
RU
“İTV də maarifləndirici verilişlərin bərpası zəruridir” DEPUTAT

“İTV də maarifləndirici verilişlərin bərpası zəruridir” DEPUTAT

Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.

“Əvvəllər İctimai Televiziyanın (İTV) kifayət qədər uğurlu verilişləri olub və biz bunu təqdirlə qarşılayırıq. “Açıq dərs” kimi verilişlərdə təhsil, dil problemləri, eləcə də alimlərin və elm adamlarının nailiyyətləri müzakirə edilirdi. Bu tip verilişlərin  istər köhnə, istərsə də yeni formatda —yenidən efirə qaytarılması olduqca zəruridir”.

Gununsesi.info bildirir ki, bu fikirləri deputat Fazil Mustafa Milli Məclisin iclasında deyib:

“Televiziya, xüsusilə də İTV dili sadəcə əks etdirmir, desək yanılmarıq  dili formalaşdırır. Efir dili auditoriyanın gündəlik danışıq tərzinə, gənc nəslin dil vərdişlərinə, hətta yazı mədəniyyətinə birbaşa təsir göstərir.

Bu səbəbdən efirdə səslənən hər söz, hər intonasiya və hər ifadə ictimai məsuliyyət daşıyır. Bu baxımdan hesab edirəm ki, İctimai TV-nin Yayın Şurasının yeni tərkibi qarşısında bir sıra mühüm vəzifələr dayanır. Üstəlik, bu mənəvi məsuliyyət dairəsi təkcə İTV ilə məhdudlaşmamalı, digər televiziya kanallarını da əhatə etməlidir. Çünki dil problemi yalnız televiziya ilə məhdudlaşan məsələ deyil.

Dövlət İmtahan Mərkəzinin nəticələrinə diqqət yetirsək görərik ki, Azərbaycan gəncləri ən yüksək nəticəni ingilis dilindən, ən aşağı nəticəni isə Azərbaycan dilindən göstərirlər. Halbuki ana dili , doğma dil mahiyyət etibarilə yaşanaraq öyrənilir.

Biz uşaqlıqdan dili qrammatika üzərindən öyrənmirik. Xarici dillər isə əsasən qrammatik qaydalar vasitəsilə mənimsənilir. Yaşanaraq öyrəndiyimiz dili sonradan qrammatik sistemə köçürə bilmədiyimiz, onunla uzlaşdıra bilmədiyimiz üçün əsas problem Azərbaycan dilinin mənimsənilməsində ortaya çıxır”.

Şəbnəm

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 03 Fevral 2026 20:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see392

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see368

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see365

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see283

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see273

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see272

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see271

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see263

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see255

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see254

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see240

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see233

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see231

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see230

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see229

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see228

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see227

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see226

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see222

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri