IV Azərbaycan Vokalçıları Festivalı keçiriləcək
Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Dekabrın 20-dən 24-dək IV Azərbaycan Vokalçıları Festivalı keçiriləcək.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, festival nazirliyin dəstəyi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı və Bülbül Vokal Məktəbinin təşkilatçılığı ilə keçiriləcək.
Bu layihə çərçivəsində bir çox tədbirlərin keçirilməsi planlaşdırılıb. Bu sıraya Azərbaycan Milli Konservatoriyasının müəllim və tələbələrinin iştirakı ilə konsert və elmi seminar, Xalq artisti Şahlar Quliyevin xatirəsinə həsr olunmuş konsert, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Xalq artisti Sevinc İbrahimovanın solo konserti, Kamera musiqisi axşamı, Rus bəstəkarlarının ariya və romanslarından ibarət gecə daxildir.
Festivalın bağlanış mərasimi dekabrın 24-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçiriləcək. Tədbir Azərbaycan vokal sənətinin parlaq simalarını bir araya gətirəcək.
Baxış sayı:104
Bu xəbər 10 Dekabr 2024 12:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















