Icma.az
close
up
RU
IV Şəki Beynəlxalq Teatr Festivalı uğurla başa çatdı Fotolar

IV Şəki Beynəlxalq Teatr Festivalı uğurla başa çatdı Fotolar

Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Şəkidə milli peşəkar teatrın yaranmasının 145 illiyinə həsr olunan, Mədəniyyət Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə keçirilən IV Şəki Beynəlxalq Teatr Festivalı uğurla başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, beş gün davam edən beynəlxalq festivalda ölkəmizin teatrları ilə yanaşı, Qazaxıstan və Özbəkistan respublikalarından gələn tanınmış teatr kollektivləri də iştirak ediblər.

Festivalın sonuncu günü, dekabrın 5-də Gəncə Dövlət Milli Dram Teatrı tamaşaçılara türk dramaturqu Əziz Nesinin “Toros canavarı” sosial komediyası əsasında hazırladığı eyniadlı tamaşanı təqdim edib. Məişət mövzulu “qara komediya” tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Bağlanış mərasimində Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək Azərbaycan teatrının inkişafında son illərdə yeni mərhələnin başladığını qeyd edib, ölkəmizdə mədəniyyət və incəsənət sahəsinə göstərdikləri böyük diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya şəkililər adından minnətdarlığını bildirib. Eyni zamanda, festivalın keçirilməsinə göstərdikləri dəstəyə görə Mədəniyyət Nazirliyinin və Azərbaycan Teatr Xadimləri İttifaqının rəhbərliyinə, teatr kollektivlərinə teatrsevərlər adından təşəkkür edib.

Mədəniyyət Nazirliyinin nümayəndəsi Böyükxanım Talıbova festivalın Şəkinin, eləcə də Azərbaycanın mədəni həyatında əlamətdar hadisə olduğunu vurğulayıb, 145 illiyini qeyd edən Şəki teatrının kollektivinə yaradıcılıq uğurları arzulayıb. Nazirliyin rəsmisi festivalın yüksək səviyyədə keçirilməsini təmin etdiyinə görə Şəki Şəhər İcra Hakimiyyətinin və Şəki Dövlət Dram Teatrının rəhbərliyinə minnətdarlığını bildirib.

Gəncə Dövlət Milli Dram Teatrının kollektivinə festivalın simvolu və xatirə hədiyyələri təqdim olunub.

Festival çərçivəsində keçirilən tədbirləri operativ işıqlandırdıqlarına görə bir qrup media nümayəndəsi xatirə hədiyyələri ilə mükafatlandırılıblar.










Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:162
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 06 Dekabr 2024 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see171

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri