Icma.az
close
up
RU
İvanişvili komandasının şansını dəyərləndirir: Zurabişvilinin yenidən seçilmə ehtimalı çox aşağıdır

İvanişvili komandasının şansını dəyərləndirir: Zurabişvilinin yenidən seçilmə ehtimalı çox aşağıdır

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Hökumət öz adamlarından birini prezident  seçəcək və ölkədə vəziyyət normallaşacaq



  “Gürcü arzusu”nun deputatları prezident seçkilərinin dekabrın 14-nə təyin edilməsi ilə bağlı qətnamə layihəsini dəstəkləyiblər.  Gürcü KİV-nə istinadən xəbər verir ki, iclasda iştirak edən 80 deputatın hamısı “lehinə” səs verib, əleyhinə səs verən olmayıb.

Qərara əsasən, prezidentin andiçmə mərasimi dekabrın 29-da baş tutacaq.

Qanuna görə, prezident seçkiləri parlamentin ilk iclasından sonra 45 gün ərzində keçirilməlidir. 

  Parlamentin spikeri Şalva  Papuaşvili bu tələsikliyi konstitusiyanın mətni ilə izah edib. Onun sözlərinə görə, prezidentin 5 il müddətinə seçilməsi üçün həm seçkilərin, həm də andiçmə mərasiminin bu il baş tutması vacibdir. Əks halda bu müddət 6 il olacaq.

  Bu arada “Gürcü Arzusu” Partiyasının icraçı katibi, deputat Mamuka Mdinaradze deyib ki, hakimiyyətdə olan partiya “99 faiz” namizədlə bağlı qərar verib. Onun sözlərinə görə, komanda qərar verib ki, bu, “gürcü ürəkli və ruhlu” şəxs olmalıdır. 

  Eyni zamanda Mdinaradze partiyalarının təsisçisi fəxri sədri Bidzina İvanişvilinin prezident kürsüsünə iddia edəcəyini istisna edib.

"Mtavari" telekanalı xəbər verib ki, hakim partiya iki nəfər arasından prezidentliyə namizəd seçib. Bu, partiyanın sədri, keçmiş baş nazir İrakli Qaribaşvili və Gürcüstanın birinci Prezidenti Zviad Qamsaxurdiyanın oğlu, bu yaxınlarda Milli Parlament Kitabxanasına rəhbərlik edən Konstantin Qamsaxurdiyadır.

  2018-ci ildə Salome Zurabişvili Gürcüstanın beşinci və sonuncu birbaşa seçilmiş prezidenti olub. Onun səlahiyyət müddəti dekabrın 16-da başa çatır.

Gürcüstanın yeni prezidenti ilk dəfə olaraq 300 nəfərdən ibarət kollegiya tərəfindən seçiləcək. Bunlar yeni parlamentin 150 deputatı və 150 regional nümayəndədir.

  Gürcüstan parlamentində baş verən prosesləri şərh edən siyasi şərhçi  Vasif Əfəndiyev isə “Sherg.az"a açıqlamasında deyib ki, rusiyalı milyarder  İvanişvilinin komandası parlamentdə səs çoxluğuna sahib olaraq dünən 89 deputatı tələsik toplayaraq 150 deputatın adından prezident seçkilərinin vaxtını təyin ediblər:

 “Məlumdur ki, fəaliyyətdə olan Prezident Salome Zurabişvili seçkilərin nəticələrini tanımayıb və konstitusiya məhkəməsinə müraciət edib. Belə olan təqdirdə parlament iclasının keçirilməsi legitim sayılmaya bilər. Prezident Zurabişvili başda olmaqla digər 61 millət vəkili parlament iclasını boykot ediblər. Müxalifət indiki parlamenti tanımaqdan imtina edərək alternativ parlament yaradıb. Dekabr ayının 14-ə qədər Tbilisidə gərgin günlər yaşanacaq. Mixail Saakaşvilini dəstəkləyən “Birlik” Partiyasının seçilmiş  millət vəkilləri mandatdan imtina ediblər. Bu addımı digər təşkilatların da atacağı gözlənilir”.

 V.Əfəndiyevin sözlərinə görə, parlamentin 46 faizinin iclaslara qatılmaması ciddi məsələdir və irəlidə təkrar seçkilərin keçirilməsi gözləniləndir:

 “Hazırkı vəziyyətdə “Gürcü arzusu”nun namizədi eks baş nazir İrakli Qaribaşvilidir. Ona müxalif olaraq eks Prezident Zviad Qamsaxurdiyanın oğlunun adı hallandırılır. Hər bir halda prezident seçkiləri baş tutarsa, İvanişvilinin namizədi parlament deputatlarının və regiondan seçilmiş daha 150 nümayəndənin səsi ilə seçiləcək”.

 Siyasi ekspert Məhəmməd Əsədullazadə də Gürcüstanda keçirilən parlament seçkilərində hakim “Gürcü Arzusu” Partiyasının  qalib gəldiyini, lakin Prezident Salome Zurabişvili və müxalif qüvvələr bu nəticələri tanımadıqlarını xatırladıb. Seçkidən bir gün sonra gürcü xalqını etiraz aksiyalarına  səsləyən Prezidentlə hakim partiya arasındakı siyasi qarşıdurmanın davam etdiyini vurğulayan siyasi ekspert  deyib ki, Gürcüstanın 11-ci çağırış parlamentinin noyabrın 25-də baş tutan  ilk iclasına prezidenti  çağırmadılar:

 “Gürcüstanda  prezident səlahiyyətləri az olduğu üçün hakim partiya ilə yaşanan qarşıdurma  vətəndaş qarşıdurması, xaosa səbəb olmur. Onsuz da, gözlənilən prezident seçkilərində Salome Zurabişvilinin yenidən seçilmə ehtimalı çox aşağıdır. Yəqin ki, hökumət öz adamlarından birini prezident  seçəcək və ölkədə vəziyyət normallaşacaq. Bilirsiniz ki, Zurabişvilidən əvvəlki prezidentlə də hökumət arasında ciddi ziddiyyətlər yaşanırdı”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:119
embedMənbə:https://sherg.az
archiveBu xəbər 27 Noyabr 2024 11:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see266

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see234

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see215

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see206

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see200

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see184

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see176

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see172

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see163

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see162

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see143

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri