IX sinif buraxılış imtahanlarının nəticələri nə vaxt açıqlanacaq?
Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.
Aprelin 20-də keçirilmiş IX sinif buraxılış imtahanlarının nəticələri bu gün axşama qədər, yaxud sabah səhər saatlarınadək açıqlanacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə "ASAN Radio"nun efirində sualları cavablandırarkən məlumat verib.
Cavabların gec açıqlanmasına münasibət bildirən M.Abbaszadə deyib ki, iştirakçıların sayı kifayət qədər çoxdur:
"Bu imtahanların yoxlama prosesi XI sinif buraxılış imtahanlarının apellyasiya prosesi ilə üst-üstə düşüb. Ekspert markerlərin sayı, təəssüf ki, çox deyil. Biz müəllimləri bizimlə əməkdaşlığa dəvət edirik. Hazırda, təxminən min müəllim var. Arada bayramlar, qeyri-iş günləri də olduğu üçün proses uzun çəkir".
Aləmdə Nəsib
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 30 May 2025 20:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















