“İxlas“ ləqəbli terrorçu zərərsizləşdirildi
Icma.az, Moderator.az saytına istinadən bildirir.
Somali Milli Kəşfiyyat və Təhlükəsizlik Agentliyinin əməkdaşları "Əş-Şəbab" terror qruplaşmasının kəşfiyyat xidmətinin "İxlas" ləqəbi ilə tanınan rəhbəri Abdullah Haşi Labaciri zərərsizləşdiriblər.
Moderator.az xəbər verir ki, bu barədə Somalinin milli televiziyası məlumat yayıb.
Məlumata görə, əməliyyat Cilib bölgəsində qruplaşmanın döyüşçülərinə endirilən hava zərbəsi nəticəsində həyata keçirilib.
Avqustun 4-də Afrika İttifaqının Somalidə Dəstək və Sabitləşdirmə Missiyasına (AUSSOM) kontingent göndərən ölkələr "Əş-Şəbab"a qarşı zərbələri gücləndirmək əzmində olduqlarını açıqlayıblar.
2025-ci il yanvarın 1-dən fəaliyyət göstərən AUSSOM-un hazırkı mandatının müddəti dekabrın 31-də başa çatır. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası missiyanın tərkibində təxminən 12 min hərbçi və polis əməkdaşının yerləşdirilməsinə icazə verib.
AUSSOM Somalidə Afrika İttifaqının Keçid Missiyasını əvəz edib və ölkə hakimiyyətinə təhlükəsizliyin təmin olunması və "Əş-Şəbab" terror qruplaşmasına qarşı mübarizədə dəstək göstərir. Missiyanın mandatının uzadılmasının Somalidə təhlükəsizlik sahəsində boşluğun yaranmasının qarşısını alacağı və ölkənin milli qüvvələrinə təhlükəsizliyi müstəqil şəkildə təmin etməyə hazırlaşmaq üçün əlavə vaxt verəcəyi gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 30 Avqust 2026 19:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















