Icma.az
close
up
RU
İxrac gəlirində nəhəng şirkətləri geridə qoyan sahibkar nə satıb?

İxrac gəlirində nəhəng şirkətləri geridə qoyan sahibkar nə satıb?

Icma.az bildirir, Lent az portalına istinadən.

Bu il dövlət qeydiyyatından keçmiş fərdi sahibkar Süleymanova Göhər Süleyman qızı 2024-cü ilin 11 ayı ərzində 50 milyon dollardan artıq mallar ixrac edib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın dekabr sayına istinadən xəbər verir ki, Göhər Süleymanova 50,6 milyon dollarlıq ixrac həcmilə qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda 5-ci yeri tutub.

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

O ixrac məbləğinə görə, şəkər tozu istehsalçısı "Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC-ni, qızıl, gümüş və mis istehsalçısı “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyini, siqaret istehsalçısı "Tabaterra" QSC-ni, Azərbaycanın ən böyük fındıq emalı və ixracatçısı “Khan-El” MMC-ni və süd məhsulları istehsalçısı “Atena” Məhdud Məsuliyyətli Cəmiyyətini geridə qoyub.

Süleymanova Göhər Süleyman qızı 2024-cü ilin Fevral ayında vergi ödəyicisi olaraq dövlət qeydiyyatına alınıb. Onun hüquqi ünvanı Yevlax rayonu, Qaraməmmədli kəndidir. Lakin sahibkarın hansı malların ixracı ilə məşğul olduğu barədə məlumatlar əldə etmək mümkün olmayıb. 

Qeyd edək ki, ötən il də, bazarda geniş tanınmayan, iri istehsal yeri olmayan şəxslər ixracatçı subyektlərin reytinqində ilk onluqda yer almışdılar. 2024-cü ildə məlum olub ki, həmin şəxlər kənd təsərrüfatı məhsullarının ixracı ilə məşğul olmaq adı altında cinayətkarlıq ilə məşğul olublar, 1,1 milyard manatdan çox vəsaiti ölkəyə qaytırmayıblar. İstintaq tədbirləri ilə Azərbaycan Respublikasında qeydə alınan şəxslər ilə xarici ölkələrdəki şirkətlər arasında kənd təsərrüfatı məhsullarının alqı-satqısına dair müxtəlif vaxtlarda müqavilələrin bağlanması və həmin fəaliyyət nəticəsində əldə olunan külli miqdarda gəlirlərin ölkəmizdə müvəkkil edilmiş bank hesablarına qaytarılmamasına əsaslı şübhələr müəyyən edildiyindən bir sıra vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib. Hazırda istintaq davam edir. (Marja.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:244
embedMənbə:https://lent.az
archiveBu xəbər 29 Dekabr 2024 17:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see331

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see312

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see304

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see293

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see291

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see286

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see283

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see282

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see257

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see238

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see237

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see236

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see232

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see231

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see225

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see222

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see221

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see220

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri