Icma.az
close
up
RU
İxtisara düşən işçi sığorta ödənişi ala bilərmi?

İxtisara düşən işçi sığorta ödənişi ala bilərmi?

Icma.az, Banco.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Müəllif: Mehin Qasımova, Banco.az

Azərbaycanda işçinin ixtisara düşməsi və ya müəssisənin ləğvi səbəbindən işini itirməsi bəzi sığorta məhsulları çərçivəsində ödəniş üçün əsas ola bilər. Bu zaman sığorta təminatının tətbiqi müqavilənin şərtlərindən və əmək münasibətlərinə xitam verilməsinin əsaslarından asılıdır.

Banco.az xəbər verir ki, bunu Mərkəzi Bankın Sığorta vasitəçilərinə nəzarət şöbəsinin rəisi Ramin Cəfərov “Sığorta sektorunun maliyyə dayanıqlığında rolu” təlimində deyib.

O qeyd edib ki, həyat sığortası və qeyri-həyat sığortası əhatə etdiyi risklərə görə fərqlənir: “Həyat sığortası insan həyatı ilə bağlı riskləri əhatə etdiyi halda, qeyri-həyat sığortası çərçivəsində kreditlərin sığortası və işsizliklə bağlı riskləri əhatə edən məhsullar da mövcuddur. Bəzi sığorta məhsulları bədbəxt hadisə, xəstəlik və ya əmək qabiliyyətinin itirilməsi ilə yanaşı, işçinin ixtisara düşməsi və işini itirməsi nəticəsində yaranan maliyyə risklərini də əhatə edə bilər. Belə hallarda sığorta müqaviləsinin şərtlərindən asılı olaraq şəxsin gəlir itkisi kompensasiya oluna bilər”.

Şöbə rəisi vurğulayıb ki, sığorta ödənişinin verilməsində işdən çıxarılmanın hansı əsasla baş verməsi mühüm rol oynayır: “İşdən çıxarılmanın hansı maddə ilə baş verməsi vacibdir. Məsələn, ixtisar və ya müəssisənin ləğvi ilə əlaqədar işin itirilməsi sığorta təminatı çərçivəsində nəzərə alına bilər. İşçinin öz ərizəsi ilə işdən ayrılması isə təminata daxil edilməyə bilər”.

R. Cəfərov onu da əlavə edib ki, sığorta şirkətləri kommersiya təşkilatları olduğundan məhsulların şərtlərini müəyyənləşdirərkən öz risklərini, risk portfellərini və riskləri qəbul etmək imkanlarını nəzərə alırlar: “Buna görə də sığorta təminatının əhatə dairəsi və ödəniş üçün əsaslar konkret məhsulun qaydaları ilə müəyyən olunur. Azərbaycanda qeyri-həyat sığortası çərçivəsində bu tip sığorta məhsullarını təqdim edən bir-iki şirkət fəaliyyət göstərir: "Bu məhsullardan yararlanmaq istəyən şəxslər müqavilə bağlamazdan əvvəl təminatın hansı hallara şamil olunduğunu və hansı halların istisna edildiyini dəqiqləşdirməlidirlər".

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://banco.az
archiveBu xəbər 21 Oktyabr 2026 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see297

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see292

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see283

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see270

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see263

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see259

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see245

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see234

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see228

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see220

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see214

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see213

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see213

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see209

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see204

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see195

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see195

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see195

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see182

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri