Icma.az
close
up
RU
İxtisas seçimi bu il gec başlayacaq? RƏSMİ

İxtisas seçimi bu il gec başlayacaq? RƏSMİ

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Növbəti sertifikasiya imtahanları başa çatıb. 

Ümumilikdə 2022–2025-ci illər üzrə təşkil olunmuş imtahanlarda 80 mindən çox müəllim iştirak edib. 2026-cı ilin sonunadək bütün müəllimlər bu prosesdən keçmiş olacaqlar. Proses nəticəsində 8 minə yaxın müəllimin fəaliyyətinə xitam verilib. 

Ancaq son günlər direktor, direktor müavinləri və digər pedaqoji sahədə çalışanları düşündürən odur ki, onlar sertifikasiyaya cəlb ediləcəklərmi?

Məsələ ilə bağlı təhsil üzrə ekspert Elşən Qafarov “Cebheinfo.az”-a bildirib ki, məktəb direktorları, tədris işləri üzrə direktor müavinləri, sinifdəndənxaric və məktəbdənkənar işlər üzrə təşkilatçıların, təsərrüfat işləri üzrə direktor müavinləri, çağırışaqədərki hazırlıq rəhbərləri, uşaq birliyi rəhbərlərinin sertifikatlaşma prosesinə cəlb olunacaqları ilə bağlı dəqiq cavab almaq istəyirlər: 

“Ölkənin elm və təhsil naziri ən çətin vaxtlarda müxtəlif fikirlər ortaya atır. Sertifikatlaşmanın 2025-ci ildə ağır nəticələri, yol verilən nöqsanları ört-basdır etmək üçün son çıxışlarının birində nazir məktəb direktorları, direktor müavinləri, digər pedoqoji işçilərin sertifikatlaşdırılacağı ilə bağlı bir fikir irəli sürüb. Əvvəla, Azərbaycan hüquqi dövlətdir. 

Bütün fəaliyyətlər hüquqi qaydalar əsasında həyata keçirilir. Bu gün məktəb direktorlarının, tədris işləri, o cümlədən təsərrüfat işləri üzrə direktor müvinlərinin, sinifdəndənxaric və məktəbdənkənar işlər üzrə təşkilatçıların, çağırışaqədərki hərbi hazırlıq rəhbərlərinin, Uşaq Birliyi rəhbərlərinin sertifikatlaşması ilə bağlı qaydalar yoxdur. 

İlk növbədə Nazirlər Kabineti ya yeni qaydalar tətbiq etməli, ya da pedoqoji fəaliyyətlə məşğul olan, yəni hazırda dərs keçən müəllimlərin sertifikatlaşdırması ilə bağlı 30 aprel 2020-ci il tarixli 155 nömrəli qərarına əlavə və dəyişiklik edilməlidir. Məktəb direktorunun, tədris işləri üzrə direktor müavinin, təsərrüfat işləri üzrə direktor müavinin, çağırışaqədərki hərbi hazırlıq rəhbərlərinin fəaliyyəti tamamilə başqa-başqa fəaliyyətlərdir. 

Biz burada bir şeyi başa düşürük ki, əgər direktor, direktor müavinləri, digər pedaqoji işçilərin sertifikatlaşması həyata keçirilməsi üçün yeni qaydalar qəbul edilməyibsə, yaxud 155 nömrəli qərara əlavə və dəyişiklik olunmayıbsa, məktəb direktoru və müvinlərinin sertifikatlaşmasından söhbət gedə bilməz”. 

O xatırladıb ki, məktəbəqədər təhsil müəssisələrində təhsilverənlərin sertifikatlaması qaydası 2023-cü ilin dekabrında qəbul olunub:

“Biz hələ iki ilə yaxındır onların sertifikatlaşmasını həyata keçirə bilmədiymiz kimi, məktəb direktorları və müavinlər, digər pedoqoji işçilərin sertifikatlaşmasından söhbət gedə bilməz.

Yaxud da bugünkü gündə real deyil. Ona görə də bu sahədə çalışanlar praktiki biliklər qazanmalı, nəticə etibari ilə işlərini daha yaxşı öyrənməlidirlər ki, nə vaxt sertifikasiya keçirilsə, daha uğurlu nəticə əldə edə bilsinlər”. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”

 

Açar sözlər: İxtisas seçimi Elşən Qafarov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:297
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 28 İyul 2025 14:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see377

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see318

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see300

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see275

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see267

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see259

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see247

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see240

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see235

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see223

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see212

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see198

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see198

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see193

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see192

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see190

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see187

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see179

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see176

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri