Icma.az
close
up
RU
İxtisas seçimində nələrə diqqət etmək lazımdır? EKSPERT AÇIQLADI

İxtisas seçimində nələrə diqqət etmək lazımdır? EKSPERT AÇIQLADI

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

Ali məktəblərə qəbul imtahanlarının nəticələri açıqlanandan sonra abituriyentlər üçün ən məsuliyyətli mərhələ ixtisas seçimi başlayır. Bu günlərdə sosial şəbəkələrdə özünü ixtisas seçimi üzrə ekspert və ya məsləhətçi kimi təqdim edən şəxslərin sayı da xeyli artır. Valideynlər və abituriyentlər isə doğru qərar vermək üçün kimə etibar edəcəkləri ilə bağlı tərəddüd yaşayırlar. Bəs peşəkar məsləhətçini necə seçmək olar və yanlış seçimdən necə qorunmaq mümkündür? İxtisas seçimi zamanı ən çox hansı səhvlərə yol verilir? Təhsil eksperti seçərkən nələrə diqqət etmək lazımdır? Valideyn, yoxsa abituriyentin öz istəyi daha önəmli olmalıdır?

Məsələ ilə bağlı təhsil eksperti Ruslan Bayramov SİA-ya açıqlamasında bildirib ki, bu gün ölkəmizdə tətbiq olunan qəbul sistemi üzrə abituriyentlər əvvəlcədən müəyyən ixtisas qruplarını seçir və həmin qruplar üzrə imtahan verirlər:

“Bu baxımdan onlar müəyyən mənada öz istiqamətlərini əvvəlcədən müəyyənləşdirmiş olurlar. Sonrakı mərhələdə isə topladıqları bala uyğun olaraq ixtisas seçimi gündəmə gəlir. Məhz bu mərhələdə diqqətli olmaq olduqca vacibdir.

Demək olar ki, hər il, xüsusilə də bu dövrdə ali təhsil müəssisələrinə qəbul zamanı ixtisas seçimi prosesi aktuallaşır və bu sahədə mütəxəssis rəyinə ehtiyac artır. Əslində, hər kəs özü üçün ən doğru seçimi etmək istəyir və bu, tamamilə normaldır. Belə bir yanaşma var: “Yanlış ixtisas seçimi bir ili, yanlış karyera planlaması isə bəzən onillikləri itirə bilər.” Buna görə də ixtisas seçiminə ciddi yanaşmaq lazımdır.

Abituriyentlərin kifayət qədər vaxtı olur ki, öz bacarıqlarını, maraqlarını və gələcək planlarını araşdırsınlar, hansı ixtisasın onlara daha uyğun olduğunu müəyyən etsinlər.

Ən çox rast gəlinən səhvlərdən biri ixtisasın başqalarının məsləhəti ilə seçilməsidir. Bəzən abituriyentlər yalnız valideynlərin, qohumların və ya ətrafdakı insanların fikirlərinə əsaslanaraq qərar verirlər.

Təcrübəmdə də belə hallarla tez-tez qarşılaşmışam. Valideyn danışır, abituriyent isə demək olar ki, heç fikir bildirmir. Sual veriləndə isə cavab belə olur: “Siz necə məsləhət bilirsinizsə, elə də edək”. Təbii ki, valideynlərin və yaxınların məsləhəti önəmlidir. Ancaq bütün bunlarla yanaşı, ən vacib məsələ abituriyentin öz istəyi, marağı və gələcəkdə özünü hansı peşədə görməsidir. O seçdiyi peşə ilə gələcəyini qurmaq istəyirmi, həmin sahədə özünü inkişaf etdirə biləcəyinə inanırmı – bunlar əsas meyarlardır.

Ən çox yol verilən səhvlərdən biri də məhz abituriyentin istəyinin nəzərə alınmamasıdır. Bəzən yalnız yüksək bala görə sevmədiyi ixtisas seçilir. Eləcə də aşağı bal topladığı üçün istəmədiyi başqa bir ixtisasa yönələnlər olur. Bu cür seçimlər gələcəkdə peşə narazılığına səbəb ola bilər.

Təhsil ekspertinə müraciət etmək isə daha çox texniki dəstək baxımından faydalıdır. Bəzi abituriyentlər ixtisas seçimini özləri etmək istəmir və bu işi mütəxəssisə həvalə edirlər. Əslində isə ekspertin rolu qərarı vermək deyil, texniki baxımdan düzgün istiqamətləndirməkdir.

Abituriyent ekspertə müraciət etməzdən əvvəl seçmək istədiyi ixtisaslar barədə müəyyən məlumat toplasa, daha səmərəli nəticə əldə edə bilər. Ekspert isə öz təcrübəsinə əsaslanaraq texniki dəstək göstərir və seçim prosesini asanlaşdırır.

Ümumiyyətlə, ixtisas seçimi o qədər də çətin proses deyil. Lazımi məlumatlara sahib olan abituriyentlər bu prosesi özləri də uğurla həyata keçirə bilərlər.

Hər il qəbul imtahanlarından sonra ixtisas qrupları üzrə statistik məlumatlar açıqlanır. Həmin statistik göstəricilər əsasında hansı ixtisaslarda keçid ballarının arta və ya azala biləcəyini təxmin etmək mümkündür. Mən tanıdığım kifayət qədər abituriyent var ki, bu statistik məlumatlardan istifadə edərək ixtisas seçimini özü həyata keçirir və uğurlu nəticə əldə edir.

İxtisas seçimi zamanı əsas meyar yenə də abituriyentin istəyidir. Onun marağı, bacarığı və həvəsi hər şeydən önəmlidir.

Valideynlərin həyat təcrübəsi müəyyən istiqamət verə bilər. Lakin əsas məsələ abituriyentin gələcəyini həmin peşədə görməsi və həyatını bu istiqamətdə qurmaq istəməsidir.

Bununla yanaşı, müxtəlif mütəxəssislərin, həmin peşə sahiblərinin fikirlərini dinləmək, universitetlərin açıq qapı günlərində, sərgilərdə və təqdimatlarda iştirak etmək də düzgün seçim etməyə kömək edir.

Dövlət İmtahan Mərkəzi hər il ali təhsil müəssisələrinin iştirak etdiyi ixtisas sərgiləri təşkil edir. Bu sərgilərdə universitet nümayəndələri və təhsil sahəsində çalışan mütəxəssislər iştirak edir, abituriyentlərə ətraflı məlumat və məsləhətlər verirlər. Belə tədbirlər düzgün qərar vermək üçün yaxşı fürsətdir.

Bir daha qeyd etmək istərdim ki, yanlış qərar insanın gələcəyinə uzunmüddətli təsir göstərə bilər. Buna görə də hər bir abituriyent öz bilik və bacarıqlarını düzgün qiymətləndirməli və seçimini buna uyğun etməlidir.

Bu gün bir çox abituriyent topladığı bala uyğun ixtisas seçir. Halbuki daha doğru yanaşma əvvəlcədən hansı ixtisası seçmək istədiyini müəyyənləşdirmək və həmin ixtisasa uyğun bal toplamağa çalışmaqdır.

Əlbəttə, planlar hər zaman reallaşmaya bilər. Hər kəs arzuladığı nəticəni əldə etmir və nəticədə topladığı bala uyğun seçim etməli olur. Buna baxmayaraq, seçəcəyi ixtisası əvvəlcədən araşdırmaq, həmin sahədə çalışan mütəxəssislərlə danışmaq, universitetlərin açıq qapı günlərində iştirak etmək və tədris proqramları ilə tanış olmaq düzgün qərar verməyə kömək edir.

Hazırda abituriyentlərin araşdırma aparması üçün kifayət qədər vaxt və informasiya resursları mövcuddur.

Bu prosesi ölkəmizdə Dövlət İmtahan Mərkəzi həyata keçirir. Mərkəz illərdir ki, rəsmi internet səhifəsi və digər informasiya kanalları vasitəsilə maarifləndirici materiallar paylaşır, seminarlar və müxtəlif tədbirlər təşkil edir.

Bundan əlavə, peşə yönümü ilə bağlı testlər keçirilir, məsləhət mərkəzləri fəaliyyət göstərir. Abituriyentlər və onların valideynləri bu mərkəzlərə müraciət edərək ixtisas seçimi ilə bağlı peşəkar dəstək ala bilərlər.

Əlbəttə, hansı mütəxəssisə müraciət etmək artıq hər kəsin öz seçimidir. İnternetdə bu sahə üzrə kifayət qədər təcrübəli mütəxəssislər fəaliyyət göstərirlər. Onların fəaliyyəti ilə tanış olduqdan sonra daha düzgün qərar vermək mümkündür.

Ən vacib məqam isə odur ki, həm valideynlər, həm də abituriyentlər araşdırma aparsın, müxtəlif mənbələrdən məlumat toplasın və keçmiş təcrübələri nəzərə alaraq gələcək həyatlarına uyğun ən doğru qərarı versinlər”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://sia.az
archiveBu xəbər 08 İyul 2026 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see333

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see325

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see320

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see292

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see284

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see197

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri