Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Bəzi rayonlarda işıq olmayacaq

Azərbaycanda baş həkim vəfat edib

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

Serialdakı Arda illər sonra (Foto)

İxtisası yaratdıq, qaldı kadrı tapmaq

İxtisası yaratdıq, qaldı kadrı tapmaq

Icma.az bildirir, Olke.az portalına istinadən.

Bu günlərdə ali təhsilin müxtəlif səviyyələri üzrə ixtisasların təsnifatları təsdiqlənib. Bakalavriat səviyyəsi üzrə bəzi ixtisasların adları dəyişdirilib, bəzi ixtisaslar isə bu təhsil pilləsi üzrə təsnifata əlavə olunub.

Müasir təhsil sistemi rəqəmsal çağırışlara hazır olmalıdır. Bu siqnalın əmək bazarından təhsil proqramlarına keçidini sürətləndirmək, işəgötürənləri təhsil müəssisələri ilə qarşılıqlı əlaqəyə daxil etmək artıq milli təhsilin də qarşısında duran məsələlərdəndir. 
Bu günlərdə ali təhsilin müxtəlif səviyyələri üzrə ixtisasların təsnifatlarının təsdiqlənməsi də yeni reallıq üçün təhsil istiqamətində addım kimi dəyərləndirilə bilər. Belə ki, ali təhsilin bakalavriat, əsas (baza ali) tibb təhsili, magistratura səviyyəsi, eyni zamanda ali təhsilin rezidentura səviyyəsi üzrə ixtisasların təsnifatı təsdiq edilib. Bakalavriat səviyyəsi üzrə bəzi ixtisasların adları dəyişdirilib, bəzi ixtisaslar isə bu təhsil pilləsi üzrə təsnifata əlavə olunub. Təsdiq edilən yeni təsnifata bakalavriat səviyyəsi üzrə 153, əsas tibb təhsili səviyyəsi üzrə 3, magistratura səviyyəsi üzrə 129, rezidentura səviyyəsi üzrə 44 ixtisas daxil edilib. Ümumilikdə, bakalavr səviyyəsi üzrə 7 yeni ixtisas təsnifata əlavə olunub ki, onlar “Riyaziyyat və fizika müəllimliyi, “Data analitikası”, “Kənd təsərrüfatı texnologiyaları”, “Heyvandarlıq”, “Qidalanma və diyetologiya”, “Proqram təminatı mühəndisliyi” və “Qida texnologiyaları” ixtisaslarından ibarətdir. Eyni zamanda, doqquz ixtisasın adında dəyişiklik edilib.
Magistratura səviyyəsi üzrə isə 34 ixtisasın təsnifatı dəyişdirilib, 20 ixtisas təsnifatdan çıxarılıb. Qeyd edilib ki, yeni ixtisaslar növbəti ildə təhsil ocaqlarında tədris ediləcək. 

Mütəxəssislər hesab edir ki, yeni yaradılan  və adında dəyişiklik olan ixtisaslar təkcə milli təhsil sisteminin yenilənməsi üçün deyil, ümumilikdə ölkənin iqtisadi, texnoloji və sosial inkişafına dəstək göstərən sahələr üçün kadr hazırlığına yol açır. Tələbələrin bu imkanlardan yararlanması üçünsə təhsil müəssisələrində müasir laboratoriyaların, praktik mərkəzlərin və bu sahələr üzrə ixtisasları tədris edən müəllim heyətinin olması mütləqdir ki, tələbələr tədris prosesində nəzəri biliklərlə yanaşı, praktiki təcrübələrə də yiyələnə bilsinlər.
Bəs yeni reallıqda təhsil istiqamətində yaradılan  ixtisasların tədrisi üçün kadr potensialı və mükəmməl proqram necə, varmı?
Ekspertlərimiz məsələyə ümidlə yanaşsalar da, çətinliklərin olduğunu da inkar etmirlər. 

“Kadr yoxdur, amma bu, qorxulu bir şey deyil” 

“Yeni ixtisasları tədris etmək üçün kadr ola bilsin ki, yoxdur, amma bu, qorxulu bir şey deyil”, - deyə professor Şahlar Əsgərov bildirir: “Əsas odur ki, yeni ixtisaslar cəmiyyətin tələbatına uyğun olsun. Kadrı hazırlamaqla və ya qonşu ixtisasdan kadr cəlb etməklə bu problemi həll etmək olar. Hesab edirəm ki, yeni ixtisasları artırmaq ağıllı addımdır. Həmin ixtisaslar çox əhəmiyyətli, yeni dövrə uyğun, cəmiyyətin bütün sahələrində inkişafa təkan verə biləcək ixtisaslardır. İxtisas varsa, kadr da yetişəcək”. Professor hesab edir ki,  2025-ci ildə tədris olunacaq yeni ixtisaslara marağın artırılması, təhsil və əmək bazarı arasında əlaqələrin gücləndirilməsi ilə mümkündür. 

“İqtisadiyyatın inkişafı baxımından da əhəmiyyətlidir” 

Azərbaycan Tibb Universitetinin professoru Adil Qeybulla hesab edir ki, ölkədə müxtəlif istehsal sahələri və həyatın bütün istiqamətləri üzrə mütəxəssislərin hazırlanması çox vacibdir: “Bu, bizim iqtisadiyyatın inkişafı baxımından da əhəmiyyətlidir. O cümlədən, səhiyyə, təhsil və digər sahələr üçün də önəmlidir. Bu baxımdan, təhsil sahələrinin mütəxəssislərinin və ixtisasların identifikasiyasının müəyyən edilməsi alqışlanmalıdır. Amma ilk növbədə bu ixtisasları tələbələrə öyrədə bilən mütəxəssislərin olması lazımdır. Bunun üçün infrastruktur qurulmalıdır. Məsələn tibdə rezidentura səviyyəsində, başqa sahələrdə magistr səviyyəsində hazırlayan mütəxəssislər lazımdır ki, həmin gənclər sonra lazımi səviyyədə fəaliyyət göstərə bilsinlər. Yalnız o halda biz həmin ixtisasların ali təhsildə uğurlu tətbiqini həyata keçirə bilərik. Olsun ki, lazımi qurumlar yeni ixtisasların yaradılmasını və bəzilərinin dəyişdirilməsini adekvat hesab edib və bu addımı atıblar”. Professorun fikrincə, yeni ixtisasların yaranması ilə bağlı ciddi araşdırma da ortaya qoyulmalıdır.  

“İxtisas artımı spontan bir iş deyil”

ADA Universitetinin professoru Gülməmməd Məmmədov hesab edir ki, əgər bu ixtisaslar üçün müraciətlər edilibsə, bunu edən ali təhsil müəssisələri o istiqamətdə yüksək keyfiyyətli təhsil verə biləcək kadr potensialının olmasından əmindirlər: “İxtisas artımı spontan, planlanmamış bir iş deyil. Mənim işlədiyim dövrdə ADA Universitetində də dəfələrlə yeni ixtisaslar yaratmışıq. Biz bu ixtisaslarda oxuyacaq tələbələrin alacaqları dərsləri tədris edəcək müəllim potensialının olmasından əmin olandan sonra belə ixtisasları yaradırıq və bunun üçün lazımi müraciətləri edirik. Düşünürəm ki, digər ali təhsil müəssisələri də eyni prinsiplə belə müraciətləri ediblər”. G.Məmmədovun sözlərinə görə, Dövlət Proqramı çərçivəsində xarici ölkələrdə doktorantura səviyyəsində təhsil alan xeyli gənc var ki, onlar yaxın illərdə təhsillərini başa vurub ölkəmizə qayıdacaqlar. Bu, həmin ixtisaslar sahəsində kadr potensialının artması deməkdir: “Yeni yaranan ixtisaslar üzrə əminəm ki, ali təhsil alan şəxslər var və onlar yəqin ki, bu prosesə cəlb ediləcəklər. Mənə elə gəlir ki, bu müraciətləri edən ali təhsil müəssisələri o şəxslərin geri dönəcəyini göz önünə alaraq yeni ixtisaslar yaratmaq qərarını veriblər”. G.Məmmədov yeni qərarı mütərəqqi addım kimi dəyərləndirir: “Çünki yeni dövrə, iqtisadi tendensiyaya uyğun olaraq fəaliyyət sahələri yaranır və o sahələrdə çalışacaq yüksək ixtisaslı kadrlara ehtiyac var. Həmin ixtisasların  ali təhsil müəssisələrində mövcud olan sahələrini genişləndirmək və yeni profillər yaratmaq zərurətdən irəli gələn işdir”. 

© Kaspi qəzeti

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:244
embedMənbə:https://olke.az
archiveBu xəbər 14 Dekabr 2024 18:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see342

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see334

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see325

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see284

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see258

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see256

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see249

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see236

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see211

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see200

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see186

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see185

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see183

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see182

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see180

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see179

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see171

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see167

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see166

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri