Icma.az
close
up
RU
İyirmi ildən çoxdur avtomobilləri təmir edən XANIM: Məmnunam VİDEO

İyirmi ildən çoxdur avtomobilləri təmir edən XANIM: Məmnunam VİDEO

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Zərif cinsin nümayəndələri zaman-zaman istənilən şəraitdə, hətta kişilərin belə öhdəsindən çətinliklə gəldiyi peşələrdə çalışmaq bacarığını göstəriblər.

Avtosfer.az “Azərtac”a istinadən xəbər verir ki, Ağstafa sakini Aynurə Abadova da bu cür xanımlardan biridir. O, 20 ildən çoxdur ki, avtomobillərin isitmə qurğusunun, radiatorlarının təmiri ilə məşğuldur.

Nə qədər ağır olsa da işini yorulub usanmadan, dəqiqliklə yerinə yetirir. Hər gün avtomobillərin müxtəlif ölçülü isitmə qurğularını söküb təmir edir. Ağstafa şəhər sakini A.Abadova deyir ki, həyat yoldaşı da avtomobil ustası olduğu üçün ona kömək məqsədilə işə başlayıb və sonradan illər keçdikcə bu sahədə təcrübə əldə edib. Bu işdə ona oğlu da yardımçı olub. İllər keçdikcə nəinki kiçik qabaritli avtomobillərin, hətta TIR və tankların da radiatorunu təmir etdiyini deyir. “Oğlum əsgərliyə gedənə qədər mənə kömək edirdi. Sonra o, hərbi xidmətə yollandı və bu ərəfədə 44 günlük Vətən müharibəsi başladı. Sevinirəm ki, oğlum da döyüşlərdə iştirak edib. Həmin vaxtlarda burada tək işləyirdim. Çünki tələbat çox idi. Xarici və keçmiş sovet istehsalı olan maşınların radiatorlarını təmir edirəm. Hətta tankların radiatorlarına da baxmışam. Tək işlədikcə adam daha da məsuliyyətli olur, təcrübəsi çoxalır. İşimi çox sevirəm”, - deyə o, bildirib.

Aynurə Abadova 3 övlad anasıdır. Hazırda 24 yaşlı oğlu ona ağır işlərində kömək edir. Oğlu Şaiq Vətən müharibəsindən qayıtdıqdan sonra anası ilə birlikdə çalışır. A. Abadova deyir ki, təzə bu işə başlayanda müştərilər onun xanım olduğunu görüb təəccüblənsələr də avtomobillərinin tez bir zamanda təmir edildiyini gördükdən sonra isitmə qurğusunda bir problem yaranan kimi yalnız ona müraciət edirlər.

İndiyə qədər saysız-hesabsız avtomobillərin radiatorlarını təmir edən, su buraxan yerlərini qalaylayıb, cilalayıb nizama salan Aynurə Abadova peşəsinə o qədər bağlıdır ki, bu ağır iş onu nə yormur, nə də qorxutmur. Onun timsalında bir daha görünür ki, zərif cinsin nümayəndələri “bu kişi peşəsidir” deyilən sahələrdə çalışarkən belə onlardan heç də geri qalmadıqlarını göstərirlər. Biz onlardan sadəcə birini sizlərə tanıda bildik. Belə xanımlarımızın sayı isə kifayət qədərdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 08 Mart 2025 20:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri