İylənən Hollivud ulduzları: həmkarlarını dəli edirlər
Icma.az bildirir, Lent az portalına istinadən.
Məlum olub ki, hətta superulduzlar da hər zaman həmkarlarının onlardan gözlədiyi kimi özlərinə qulluq etmirlər. Həmkarları tərəfindən “ideal olmayan” gigiyenaya görə açıq şəkildə tənqid olunanlar arasında Bred Pitt, Metyu Makkonahi, Şarlotta Çörç, Arnold Şvartsenegger, Robert Pattinson və bir sıra digər məşhurlar yer alır.
Lent.az xarici mediaya istinadla həmin məşhurları təqdim edir.
Şarlotta Çörç
Britaniyalı müğənni etiraf edib ki, dezodorantdan istifadə etməyi dayandırıb və qoltuqaltı tüklərini qırxmır.
O bildirib: “Yəqin ki, bir il yarım-iki ildir qoltuqaltılarımı qırxmıram. Dezodorantdan da istifadə etmirəm. Dəri bədənin ən böyük orqanıdır və onun üzərinə vurduğumuz hər şey qana keçir. Qoltuqaltında çoxlu reseptorlar, limfa və müxtəlif proseslər var. Ora kimyəvi maddələr çəkmək istədiyimə əmin deyiləm”.
Bred Pitt
Bred Pitt xarici görünüşü və cazibəsi ilə tanınsa da, həmkarları onun gigiyena ilə bağlı bəzən problemləri olduğunu bildiriblər.
2009-cu ildə “Inglourious Basterds” filmindəki tərəfdaşı Eli Rot demişdi: “Yaxın təmas tələb edən səhnə olanda Bred yanıma gəlib dedi: “Lənət olsun, sən pis qoxursan”. Sonra izah etdi ki, onun altı uşağı var və duş almağa vaxtı çatmır, buna görə də qoltuqaltı üçün uşaq salfetlərindən istifadə edir”.
Metyu Makkonahi
“Fool’s Gold” filmindəki tərəfdaşı Keyt Hadson aktyorun dezodorantdan istifadə etmədiyini deyib. “Onun qoxusunu bir mil uzaqdan hiss edə bilirdim. Çox yaxın idik və o, tamamilə təbii idi”.
Makkonahi isə izah edib ki, sadəcə ətirli vasitələri sevmir. “Həyatımdakı qadınlar, o cümlədən anam deyirdi: “Sənin təbii qoxun kişi qoxusudur, bu sənin öz qoxundur”.
Bununla belə, aktyor şəxsi gigiyenaya riayət etdiyini, gündə bir neçə dəfə duş aldığını və dişlərini gündə beş dəfəyə qədər fırçaladığını bildirib.
Arnold Şvartseneqqer
Aktyor “End of Days” filminin çəkilişləri zamanı xoşagəlməz bir hərəkətə görə tənqid olunub. Aktrisa Miriam Marqolis danışıb ki, Şvartsenegger səhnə zamanı qəsdən onun üzünə qaz buraxıb: “Mən də, əlbəttə, qaz buraxıram, amma insanların üzünə yox. O bunu qəsdən etdi, mən yerdə uzanmışdım və qaça bilmirdim. Bu, kadrarxası idi və mən hələ də onu buna görə bağışlamamışam”.
Miriam həmçinin qeyd edib ki, Şvartseneqqer həddindən artıq özündənrazı və nəzakətsiz idi, siyasi baxışları da ona xoş gəlmirdi ki, bu da ümumi təəssüratı daha da pisləşdirirdi.
Robert Pattinson
2009-cu ildə “Twilight” filminin çəkilişlərində çalışan anonim bir həmkar Robert Pattinsonun “tez-tez pis qoxduğunu” iddia edib. Mənbənin sözlərinə görə, “o, pis qoxur. Duş almır və bu, çəkiliş meydançasındakı insanları dəli edir”.
Sonradan başqa bir həmkarı, Piter Façinelli, bunu aktyorun strategiyası ilə izah edib: “O, ağıllıdır. Əgər paltarını dəyişmirsə, paparassilər eyni geyimdə olan fotoları sata bilməz. O, həmişə elə görünür ki, sanki üzərində eyni dəst geyim var”.
Şeylin Vudli
Maylz Teller bildirib ki, “The Spectacular Now” filmində öpüş səhnəsindən əvvəl aktrisa “torpaq kimi” qoxuyurdu. Şeylin güclü və xoşagəlməz qoxusu olan, torpaq tərkibli Çin əlavələri qəbul edir.
Cennifer Lourens
Liam Hemsvort qeyd edib ki, Cenniferlə öpüş səhnələri bəzən “narahat” olurdu, çünki o, çəkilişdən dərhal əvvəl bəzən sarımsaq və ya ton balığı yeyirdi.
Ben Afflek
Sandra Bullok “Forces of Nature” filminin çəkilişləri zamanı Benin ağzından gələn pis qoxudan şikayət edib və ona bir qutu nanəli konfet hədiyyə edib.
Skarllett Yohansson
Mett Deymon “We Bought a Zoo” filminin çəkilişləri zamanı zarafatla onu “soğan nəfəsli” adlandırırdı: “O, öpüş səhnəsindən əvvəl soğanlı sendviç yemişdi və mən bütün gün bununla bağlı zarafat edirdim”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 26 Dekabr 2025 14:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















