Icma.az
close
up
RU
İyulda dünya miqyasında 1,85 milyon elektromobil satılıb

İyulda dünya miqyasında 1,85 milyon elektromobil satılıb

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 13 avqust, AZƏRTAC

İyul ayında dünya miqyasında satılan elektrikli nəqliyyat vasitələrinin sayı 1,85 milyon ədədə çatıb.

AZƏRTAC “Benchmark Mineral Intelligence” analitik şirkətinin məlumatına istinadla xəbər verir ki, bu göstərici illik müqayisədə 9 faiz artım, aylıq müqayisədə isə 10 faiz azalma deməkdir. Yanvar-iyul aylarında elektromobillərin satışı 11,5 milyon ədəd olub ki, həmin göstərici də ötən ilin eyni dövrü ilə müqayisədə 4 faiz artım deməkdir.

Avropada elektrikli nəqliyyat vasitələrinin satışı iyulda 450 min ədədə çatıb ki, bu da illik müqayisədə 33 faiz artım deməkdir, lakin aylıq müqayisədə 17 faiz azalma müşahidə olunub. Yanvar-iyul aylarında Avropada satışlar ötən ilin eyni dövrü ilə müqayisədə 28 faiz artaraq 3 milyon ədədə çatıb.

İyulda Çində elektrikli nəqliyyat vasitələrinin satışı illik müqayisədə 5 faiz azalaraq 980 min olub, yanvar-iyul aylarında isə 12 faiz azalaraq 5,9 milyon ədədə düşüb. Şimali Amerikada satışlar illik müqayisədə 27 faiz azalıb. İyulda bu regionda 140 min elektrikli nəqliyyat vasitəsi satılıb, yanvar-iyul aylarında satışlar keçən ilin eyni dövrü ilə müqayisədə 18 faiz azalaraq 900 min ədəd olub.

Ötən ay dünyanın qalan hissəsində elektrikli nəqliyyat vasitələrinin satışı illik müqayisədə 97 faiz artaraq 280 min ədədə, yanvar-iyul aylarında isə 96 faiz artaraq 1,7 milyona çatıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Avqust 2026 12:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see346

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see330

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see325

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see324

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see323

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see294

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see289

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see281

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see264

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see256

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see243

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see238

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see236

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see214

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see205

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see194

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see189

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see188

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see187

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri