İyun ayında neçə aptekdənöqsanlar aşkarlanıb?
Medicina portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İyun ayında Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) ümumilikdə 56 planlı və 12 plandankənar olmaqla 68 aptekdə yoxlama aparıb.
Medicina.az xəbər verir ki, bu barədə AEM məlumat yayıb.
Yoxlamalardan 58-i Bakı şəhərində, 10-u isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə həyata keçirilib. Keçirilən yoxlamaların 56-sı planlı, 12-si isə plandankənar olub.
Yoxlamaların nəticələrinə əsasən, 10 aptekdə müxtəlif nöqsanlar aşkar edilib.
Aşkarlanmış pozuntularla bağlı saxlanma şəraitinin tələblərinə əməl edilmədiyinə görə 11 adda, ümumilikdə 38 qutu dərman vasitəsi satışdan kənarlaşdırılıb.
İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq 9 inzibati protokol tərtib olunub
Baxış sayı:160
Bu xəbər 02 İyul 2026 11:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















