Icma.az
close
up
RU
İyun ayının astroloji hadisələri

İyun ayının astroloji hadisələri

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

Sinoptiklər yenə "az yağış yağacağını" vəd etmişdilər, siz isə artıq üçüncü aydır ki, yaz fəslinin hara yox olduğunu anlaya bilmirsiniz? Görünür, astrologiyanın bu gün hava proqnozundan daha sabit işlədiyini qəbul etmək vaxtı çatıb. Sinoptiklər şimal küləyini öncədən xəbər verə bilməsələr də, ulduzlar retroqrad Merkuri dövründə niyə keçmiş sevgilinizə yazmaq istədiyinizi çoxdan izah ediblər.
Bizim.Media iyun ayında bizi daha nələrin gözlədiyini təqdim edir:
Demək olar ki, bütün ay boyu (1–29 iyun) Mars Buğa bürcündə olacaq. Bu, işlərdə aktivlik enerjisi gətirəcək, odur ki, lənglikdən və şübhələrdən qaçın. Sizin üçün vacib olan hər hansı bir işdə təşəbbüskarlıq nümayiş etdirmək və liderlik rolunu üzərinə götürmək üçün əla vaxtdır. Bütün iyun ayı xoş görüşlərin, randevuların və ziyafətlərin təşkili üçün uğurludur.
 

Üç ləng nəhəng planet — Pluton, Uran və Neptun səmada üçbucaq şəklində birləşir. Natal xəritənizdə bu planetlərin hansı evlərdə yerləşdiyinə diqqət yetirin, çünki iyun ayında həyatınızın məhz həmin sahələri aktiv şəkildə işə düşəcək.


8–10 iyun tarixlərində Venera Yupiterlə birləşəcək. Bu, xüsusi bəxt və sevinc dövrüdür. İşgüzar danışıqlar, bayramlar, romantik tanışlıqlar və görüşlər, həmçinin pullar, sevgi və səyahətlərlə bağlı hər bir addım üçün əlverişli zamandır.
15 iyun – Əkizlər bürcündə təzə ay (təzə ay doğması) baş verəcək. Hər növ yeni başlanğıclar üçün mükəmməl vaxtdır. Yeni bir işə nə qədər çox enerji qoysanız, nəticə bir o qədər uğurlu olacaq. Xüsusilə ünsiyyət, kollektivlər və icmalarla bağlı hadisələr daha müvəffəqiyyətli keçəcək.
21 iyun – Yay günəş durması günüdür. Bu, aydınlıq qüvvələrinin qaranlıq üzərində qələbəsini simvolizə edən, energetik cəhətdən ən güclü gündür. Həmin gün öz düşüncələrinizə, sözlərinizə və hərəkətlərinizə nəzarət etmək vacibdir, çünki onlar gələcəyinizi energetik olaraq proqramlaşdırır. Uğur sizə təmənnasız kömək və xeyirxahlıq, həmçinin başqaları ilə paylaşdığınız şən hadisələr (məsələn, hər hansı bir bayram və ya səmimi görüş) vasitəsilə gələcək.
 

29 iyun – Oxatan bürcündə bütöv ay (bədirlənmiş ay) hadisəsi gözlənilir. Yayın ilk bütöv ayını adətən "çiyələk ayı" adlandırırlar, çünki Şimal yarımkürəsində bu dövr çiyələk məhsulunun yığılması ilə bağlıdır. Bu bütöv ay səyahət və təhsillə bağlı məsələlərin həlli üçün uğurludur, həmçinin hər hansı bir macəra və ya avantüra planlaşdırırdınızsa, olduqca əlverişlidir.


29 iyundan 23 iyula qədər – Xərçəng bürcündə retroqrad Merkuri dövrü başlayır. Yarımçıq qalmış işləri tamamlamaq və ya yenidən qurmaq, köhnə tapşırıqlara qayıtmaq üçün yaxşı vaxtdır. Lakin yeni başlanğıclar, bahalı alış-verişlər, müqavilələrin bağlanması, planlı əməliyyatlar və sənədlərlə bağlı məsələlərin həlli arzuolunmazdır.
Həmçinin bu dövrdə ailə məsələlərinə yenidən baxmaq, qohumlarla olan ixtilafları həll etmək, artıq başlanmış təmiri və ya evin qurulması işlərini davam etdirmək tövsiyə olunur.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://bizim.media
archiveBu xəbər 31 May 2026 10:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see383

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see357

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see340

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see286

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see283

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see253

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see249

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see233

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see210

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see208

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see202

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see200

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see191

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see187

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see187

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see177

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see177

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see176

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see172

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri