İyun sevindirəcək: Bu ay iki dəfə ardıcıl 3 gün istirahət olacaq
Icma.az, Yenisabah saytına istinadən bildirir.
İyun ayında çalışanları əlavə istirahət günləri gözləyir. Rəsmi təqvimə əsasən, bu ay iki dəfə ardıcıl 3 günlük istirahət imkanı yaranacaq.
“Yeni Sabah” xəbər verir ki, 15 İyun – Milli Qurtuluş Günü bazar ertəsinə təsadüf edir. Bu səbəbdən 13 və 14 iyun tarixlərindəki həftəsonu ilə birlikdə vətəndaşlar ardıcıl 3 gün dincələcəklər.
Ayın ikinci uzunmüddətli istirahət dövrü isə 26 İyun – Azərbaycan Silahlı Qüvvələri Günü ilə bağlı olacaq. Bayram günü cümə gününə düşdüyündən 27-28 iyun tarixlərindəki həftəsonu ilə birlikdə yenidən ardıcıl 3 qeyri-iş günü yaranacaq. Sezar pizza
Beləliklə, 5 günlük iş həftəsi ilə çalışanlar üçün iyun ayında həftəsonları və bayram günləri daxil olmaqla ümumilikdə 10 istirahət günü olacaq.
Baxış sayı:175
Bu xəbər 01 İyun 2026 11:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















