Icma.az
close
up
RU
İzmirdə “Azərbaycan Mədəniyyət və İncəsənət Günü”nün rəsmi açılışı olub

İzmirdə “Azərbaycan Mədəniyyət və İncəsənət Günü”nün rəsmi açılışı olub

Oxumeni.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İzmirdə “Azərbaycan Mədəniyyət və İncəsənət Günü”nün rəsmi açılışı olub

İzmirdə “Azərbaycan Mədəniyyət və İncəsənət Günü”nün rəsmi açılışı və incəsənət ustalarının iştirakı ilə möhtəşəm konsert proqramı təqdim edilib.

Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdindəki Mədəniyyət Mərkəzi tərəfindən təşkil edilən “Azərbaycan mədəniyyət və İncəsənət günü” tədbirləri çərçivəsində İzmirdə Ege Universitetinin MÖTBE Mədəniyyət Mərkəzində rəsmi açılış mərasimi keçirilib, Azərbaycan incəsənət ustalarının iştirakı ilə konsert proqramı baş tutub.

Tədbirdə İzmir Simpoziumlar düzənləmə Mərkəzi, Ege Universitetinin xarici əlaqələr rəhbəri, dosent Dr.Yılmaz Özkaya çıxış edərək Azərbaycan ilə Türkiyə arasında mədəniyyət sahəsindəki əlaqələrə diqqət çəkib, iki qardaş ölkənin ortaq dəyərləri, tarixin bütün mürəkkəb dövrlərində daim bir-birinə dəstək göstərdiklərini qeyd edib. Y.Özkaya Azərbaycanın zəngin mədəniyyətinin nəinki Türk dünyasında, bütün dünyada maraqla qarşılandığını, Azərbaycan xalqının bəşər mədəniyyətinə böyük töhfələr verdiyini söyləyərək, bu cür tədbirlərin milli mədəniyyəti tanıtmaqla yanaşı, xalqlar arasında dostluq körpüsü və həmrəyliyi gücləndirdiyini bildirib.

Daha sonra Türkiyədəki Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov çıxış edərək Azərbaycan ilə Türkiyə arasında qardaşlıq münasibətləri, mədəni əlaqələrə diqqət çəkib, iki ölkə arasında yüksək səviyyəli münasibətlər, qardaşlıq, çoxəsrlik dostluq və həmrəylikdən danışıb. O, milli musiqimiz, rəqslərimiz, milli musiqi alətləri, təkrarsız muğam, aşıq sənəti, əsrarəngiz kəlağayı və xalçalarımız, dünyanı fəth edən ədəbiyyat dahiləri ilə Azərbaycan mədəniyyətinin zəngin mirasa sahib olduğunu və qardaş ölkənin cəmiyyəti tərəfindən maraqla qarşılandığını vurğulayıb.

Konsert proqramının ilk bölümündə Beynəlxalq müsabiqələr qalibi Həzrət Əzizli “Bayatı Şiraz – Xudayar Təsnifi”ni ifası ilə şəhid qəhrəmanlar anılıb, əməkdar artist Dilarə Əliyeva "Azərbaycan-Türkiyə Qardaşlığı" adlı monoloqu təqdim olunub.

Proqramın bədii hissəsində Azərbaycanın xalq artistləri Gülyaz Məmmədova, balabanda Əlixan Səmədov, populyar müğənnilər Fidan Hüseynova, İzzət Bağırov, tarzən Abdullah Qurbani, kamança ustası Möhsin Qurbani, aşıq Arzu Qurbani milli musiqiləri ifa ediblər.

Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdindəki Mədəniyyət Mərkəzinin “Xəzər” rəqs ansamblı “Uzundərə”, “Turacı”, "Qardaşlıq rəqsi" adı altında rəngarəng rəqsləri təqdim ediblər.

“Azərbaycan mədəniyyəti və sənəti günü” tədbirləri İstanbul şəhərində davam edəcək, 17 oktyabrda Atatürk Mədəniyyət Mərkəzində fərqli tədbirlər nəzərdə tutulub.

Oxuməni.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:89
embedMənbə:http://oxumeni.az
archiveBu xəbər 15 Noyabr 2024 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see317

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see247

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see225

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see183

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see182

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see169

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see164

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see163

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see163

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see144

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see140

Bakı Sumqayıt qatarının 4, 15, 20 və 28 iyun üçün hərəkət qrafiki açıqlanıb CƏDVƏL

23 Yanvar 2026 05:36see139

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri