İzmirdə korrupsiya əməliyyatı Bələdiyyə sədri saxlanıldı
Icma.az bildirir, Hurriyyet portalına istinadən.
Türkiyənin İzmir şəhərinin Menderes Rayon Bələdiyyəsində hüquq-mühafizə orqanları tərəfindən genişmiqyaslı əməliyyat keçirilib.
Hurriyyet.Media Türkiyə mediasına istinadla xəbər verir ki, İzmir Cümhuriyyət Baş Prokurorluğunun koordinasiyası ilə aparılan "rüşvət" və "mənimsəmə" araşdırmaları çərçivəsində bələdiyyə sədri İlkay Çiçək də daxil olmaqla 16 nəfər haqqında həbs qərarı çıxarılıb.
Keçirilən əməliyyat zamanı 13 nəfər saxlanılıb, digər 3 nəfərin tutulması istiqamətində əməliyyat və axtarış tədbirləri davam etdirilir.
Polis əməkdaşları tərəfindən Menderes Bələdiyyəsinin binasında və bələdiyyə sədri İlkay Çiçəyin mənzilində axtarışlar aparılır.İzmir Cümhuriyyət Baş Prokurorluğunun yaydığı rəsmi bəyanatda bildirilir ki, şübhəlilər "Cinayət törətmək məqsədilə təşkilat yaratma və ona üzv olma", "Rüşvət", "Mənimsəmə", "Rəsmi sənədlərdə saxtakarlıq", "Vəzifə Səlahiyyətlərindən sui-istifadə" və "Tikinti qaydalarını pozma" kimi ağır maddələrlə təqsirləndirilirlər.
Faktla bağlı çoxşaxəli istintaq davam edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:171
Bu xəbər 27 Avqust 2026 07:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















