Icma.az
close
up
RU
İztirabdan xoşbəxtliyə çəkilən dəmir yol...

İztirabdan xoşbəxtliyə çəkilən dəmir yol...

Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Görkəmli ziyalımız Şahmar Əkbərzadənin ruhuna ithaf olunur...  

32 il əvvəl Ağdam işğal edildi... Torpaq ağrısının bütün ağrı-acılarını öz varlığında daşıyan Şahmar Əkbərzadə, Qarabağın bir gün yağı tapdağından mütləq azad olunacağına o elləri-obaları inandırmaq üçün 25 il əvvəl öz ruhunu Ağdam səmasına göndərdi...

Özü deyirdi ki, “Ölüm də yalandır, itim də yalan, Dünyada müqəddəs çevrilmələr var”... Özünün müqəddəs çevrilmə bucağından keçib Tanrıyla həmsöhbət olmağa getdiyi günün 25-ci ilində, işğaldan azad olunmuş Ağdam şəhərinə 33 ildən sonra Bakıdan sərnişin qatarı yola düşdü... Bu qatarın par-paraıldayan təkərləri Böyük Ustadın qalaq-qalaq yığılmış Qarabağ niskilini tapdaya-tapdaya getdi Bakıdan Ağdama... 

“Bu payız küsəcək məndən Qarabağ,
Yollarda qalacaq gözü yolların.”

Gözünüz aydın, Şahmar əmi... Həmişə sükuta dalanda uzaqlara zillənmiş gözlərinizin Qarabağa çəkdiyi yolun izində indi gözəl bir dəmir yolu çəkilib... İndi bu xətt üzrə Ağdama, Qarabağa yolçuluğa çıxanların vətən həsrəti qatarların təkərlərinin taqqltısında döyülüb üyünəcək, toz olub çöllərə səpiləcək... Əvəzində hər tərəfdə sevincin, sevginin çiçəkləri açacaq... Hansısa bir payız günü, özünüz demişkən, Sizdən küsmüş Qarabağ daha unudub bütün inciklikləri... 

Bakıdan Ağdama gedən ilk qatarın sərnişini olmağa macal tapa bilmədim... Amma bu qatarla Ağdama gedənlər arasında tanıdığım xeyli adam var ki, hər dəfə Sizin adınız çəkiləndə, xatirəniz danışılanda simalarında möhtəşəm bir ifadə yaranır... Həmin o adamlar Sizin bir vaxtlar Mərkəzi poçtdan Qarabağa göndərdiyiniz teleqramdakı sevgini, həsrəti, duyğuları hərif-hərif o qatara yığıb Ağdama apardılar...  
Özünü budaqlardan asan meyvə payınız hərəsi bir nəğməyə çevrilib... Güleyşə nar yaxınlıqdan keçən qatarın kölgəsində nazlanıb, səsində rəqs edirmiş kimi elə yellənir ki, payızda bağrı çatlayanda dənələrindəki sevgi tamını bütün Azərbaycan dada bilsin...

Arazın sahilində o taylı-bu taylı çöllərdən yığdıqları çör-çöplə Vətəni Vətənə birləşdirən quşlar da Ağdama çatan qatarın fit səsinə ürküşüb xoşbəxt-xoşbəxt uçuşurlar indi: yuvalarını qurub başa çatandan sonra dərdlərimizi Araza gömüb Təbrizə yol açacaqlar sanki... 

Bakıdan Ağdama yön alan dəmir yolu buradan Təbrizə də uzanacaq bir gün... Sizin misralarınıza xitab edim:

Qoyun sevincimi selə döndərim,
Günümü uzadıb ilə döndərim,
Dəli həsrətimi külə döndərim,
Məni ötürməyə tələsməyin siz! 

Sevinciniz selə dönür... Gününüz uzanıb ilə dönür... Həsrət də, hicran da külə dönür...Yolunuzu gözləyirik Ağdamda, Şahmar əmi... 

Teymur Zahidoğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://lent.az
archiveBu xəbər 30 Avqust 2025 17:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see417

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see372

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see371

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see352

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see309

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see297

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see283

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see276

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see276

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see271

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see270

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see256

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see254

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see253

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see225

“Bitcoin”in qiyməti 78 min dollara endi

26 Avqust 2026 19:18see222

İran “düşmən media”nı Tehranın hərbi hədəfi elan etdi

27 Avqust 2026 00:08see220

57 ticarət obyektində qanunsuz mallar AŞKARLANDI FOTOLENT

27 Avqust 2026 12:14see202

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see189

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri