Icma.az
close
up
RU
JAECOO J8 Azərbaycan yollarında sərt sınaqdan keçdi

JAECOO J8 Azərbaycan yollarında sərt sınaqdan keçdi

Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ölkədə ilk dəfə bir avtomobil bir ay boyunca 7/24 kameralar qarşısında - şəhər tıxaclarından tutmuş dəniz qumu və dağ yollarına qədər - real şəraitdə yoxlanıldı.

30 000 kilometr orta sürücünün təxminən iki ilə qət etdiyi məsafədir. JAECOO J8 SHS bu yolu 30 günə getdi - qapalı poliqonda deyil, ölkənin açıq yollarında və bütün proses boyunca canlı yayım altında. Sükan arxasında növbələr dəyişdi, hava və yol örtüyü dəyişdi; dəyişməyən yeganə şey avtomobilin qrafikə uyğun hərəkətdə olması idi.

Azərbaycanda ilk dəfə həyata keçirilən "Limitless Drive" layihəsi beləcə yekunlaşıb. 7/24 rejimində hərəkət edən Avropada ən sürətli inkişaf edən avtomlbil brendi adını qazanan JAECOO-nun nümayəndəsi J8 SHS plug-in hibrid modeli 30 gün ərzində 30 000 kilometr qət edib, marşrutlara Bakı ilə yanaşı Quba, Gəncə və Cəlilabad istiqamətləri daxil olub.

Layihə bir baxışda

• Müddət: 30 gün, 7/24 rejimində hərəkət və canlı yayım

• Məsafə: təxminən 30 000 kilometr

• Avtomobil: JAECOO J8 SHS - plug-in hibrid (PHEV)

• Testlər: qum, dağ yolları, yanacaq sərfiyyatı, dinamik sınaqlar

• Texniki qulluq: reqlament üzrə, layihə ərzində 4 dəfə mühərrik yağının dəyişdirilməsi

• Şəffaflıq: bütün proses sosial mediada canlı yayımda; müxtəlif influenserlər avtomobili şəxsən test ediblər

Dayanmadan, lakin qaydalara uyğun

Layihənin şərti avtomobili sınaqdan çıxarmaqla yanaşı, onun gündəlik istismar reqlamentinə sadiq qalaraq nə qədər davamlı işlədiyini də göstərməkdir. Bu səbəbdən 30 gün ərzində JAECOO J8 SHS-in dövri texniki qulluğu vaxtında həyata keçirilib və mühərrik yağı 4 dəfə dəyişdirilib. Avtomobildə Britaniya mənşəli Granville mühərrik yağından və Westlake təkərlərindən istifadə olunub. Qeyd edək ki, reqlament üzrə düzgün istismar olunarsa istehsalçı avtomobilə 7 il 200000 km zəmanət verir.

Sınaq proqramına qum örtüyündə keçidlilik, dağlıq ərazilərdə yoxuş və eniş davranışı, şəhər və şosse rejimlərində yanacaq sərfiyyatı, həmçinin dinamik sürətlənmə testləri daxil olub. Müxtəlif vaxtlarda tanınmış influenserlər də sükan arxasına keçərək öz təəssüratlarını auditoriya ilə bölüşüblər.

Yekun tədbir və nəticə

Layihənin Final Hesabat Tədbiri "Otodok" servis mərkəzində keçirilib. Tədbirdə sınağın nəticələri və avtomobilin bir aylıq intensiv istismardan sonrakı texniki vəziyyəti təqdim olunub; keçirilən ətraflı baxış JAECOO J8 SHS-in 30 000 kilometrdən sonra da qrafikə uyğun istismara hazır olduğunu göstərib.

"Biz avtomobilin imkanları haqqında danışmaq əvəzinə onu bir ay boyunca hamının gözü qarşısında yoxladıq. Ən vacib nəticə qət edilən məsafə deyil - JAECOO J8 SHS-in 30 000 kilometrdən sonra ilk gündəki kimi yola çıxmağa hazır olmasıdır," - deyə Əli Əhədov, Imotors MMC-nin direktoru bildirib.

JAECOO və Imotors MMC haqqında

JAECOO - Chery qrupuna daxil yalnız ekport üçün istehsal olunan premium SUV brendidir. Brend Avropa, Cənubi Amerika, Afrika, yaxın və uzaq şərq və s. bazarları əhatə etməklə 60 dan çox ölkədə rəsmi təmsil olunur. Qısa zamanda bazara çıxmasına baxmayaraq Böyük britaniyada 2026-cı ilin ilk kvartalında satış üzrə ikinci yerdə olub. Azərbaycanda JAECOO və OMODA brendlərinin rəsmi distribyutoru Imotors MMC-dir şirkətidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://baku.ws
archiveBu xəbər 17 Sentyabr 2026 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see335

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see327

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see316

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see303

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see269

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see258

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see238

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see236

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see230

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see217

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see201

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see189

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see180

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see173

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see169

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see161

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see161

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see161

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see161

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri